DÜNYA
Argentinada avtobus qəzası nəticəsində azı 19 nəfər həlak olub
Bakı, 18 fevral, AZƏRTAC
Argentinanın qərbindəki Mendos vilayətində avtobusun qəzaya uğraması nəticəsində azı 19 nəfər həlak olub, 21 nəfər yaralanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə EFE agentliyi polis orqanlarına istinadla məlumat yayıb. İnsident şənbə günü sübh çağı Şili istiqamətində gedən trasda baş verib. Çilinin TurBus şirkətinə məxsus avtobusda hadisə zamanı 32 Argentina, 4 Çili vətəndaşı, həmçinin bir kolumbiyalı və bir haitili olub.
Argentinanın Clarin portalının məlumatına görə, 16 nəfər hadisə yerində, 3 nəfər isə xəstəxanada ölüb.
Yerli hakimiyyət orqanları qəzanın səbəblərini araşdırırlar. İlkin məlumata görə, avtobusun sürücüsü idarəetməni itirib. Sağ qalan sərnişinlər avtobusun yüksək sürətlə hərəkət etdiyini bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]
Gürcüstanda doğulan uşaqların sayı 5 faiz azalıb
- 28.03.2024 [17:20]
Türkiyə Silahlı Qüvvələri son bir həftədə 38 terrorçunu zərərsizləşdirib
- 28.03.2024 [16:14]