ELM VƏ TEXNOLOGİYA


Argentinada çəkisi 30,8 ton olan meteorit tapılıb

A+ A

Bakı, 13 sentyabr, AZƏRTAC

Argentina tədqiqatçıları Çako əyalətinin cənub-qərbində meteorit tapıblar.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, tapılmış meteoritin çəkisi 30,8 ton təşkil edir. Alimlərin fikrincə, bu kosmik obyekt indiyədək Yerə düşmüş ən iri meteoritlərdən biri sayıla bilər.

Hazırda ən ağır meteorit 1920-ci ildə Afrikanın cənub-qərbində tapılmış "Qoba" sayılır. Bu göy cisminin çəkisi 60 ton təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.