DÜNYA


Argentinada şaxtalar yeddi adamın ölümünə səbəb olub

Bakı, 19 iyul, AZƏRTAC

“Diario 26” portalının yaydığı məlumata görə, Argentinada görünməmiş şaxtalı havalar yeddi adamın ölümü ilə nəticələnib.

AZƏRTAC RİA Novosti saytına istinadla xəbər verir ki, ölənlərdən ikisi Neuken və Misyones əyalətlərində yaşayan qocalar olub. Beş nəfər isə şaxtadan deyil, evdə dəm qazından ölüb. Onlar Mar-del-Plata, Rafaela, Xunin-de-los-Andes, La-Plata və Kordoba şəhərlərinin sakinləri olub.

Güclü şaxtalar Argentinada ötən həftə başlayıb. San-Karlos-de-Bariloçe şəhərində havanın temperaturu -25,4° şaxta olub ki, bu da həmin yaşayış məntəqəsi üçün rekord göstərici sayılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.