Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Arıçıların yaz qayğıları

Arıçıların yaz qayğıları

Bakı, 30 may, AZƏRTAC

Ölkəmizin əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazası və qiymətli cinslərə malik arı genofondu arıçılığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Arıçılıq iqtisadi cəhətdən gəlirli, qida və müalicəvi əhəmiyyət baxımından xeyirli, ekoloji mühitin yaxşılaşdırılması istiqamətində isə ən faydalı təsərrüfat sahəsidir. Digər təsərrüfat sahələri ilə müqayisədə arı təsərrüfatının yaradılmasına lazım olan xərc az, qoyulmuş xərcin qaytarılma müddəti qısa, təsərrüfatın genişləndirmə mümkünlüyü daha sürətli və iş şəraiti ekoloji sağlamlıq cəhətdən əlverişlidir.

AZƏRTAC Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunun biologiya üzrə fəlsəfə doktoru Qulamhüseyn Sultanlının yaz aylarında arıçılığın qayğıları ilə bağlı yazısını təqdim edir:

“Yazda arılar qışlamanı keçirdikdən sonra ilk yaz uçuşu zamanı müşahidə edilən çatışmazlıqlar aradan qaldırılır və əsas yaz yoxlanışı keçirilir. Bu zaman yuvada sanitar-profilaktiki işlər görülməli, ananın intensiv yumurta qoyması üçün yuvaya yaxşı hörülmüş şan qoyulmalı, kifayət qədər keyfiyyətli bal və güləm ilə təmin edilməli, yuva üstdən və yandan istiləşdirilməlidir.

Arıçılıqla ilk məşğul olanlar bilməlidirlər ki, pətəyi tez-tez açıb-bağlamaq ziyandır. Çünki bu zaman arılar instinktiv yerinə yetiriləcək işlərdən kənarlaşır və onlar narahat olurlar. Buna görə də arıxana işlərinə başlamazdan əvvəl arıxana jurnalındakı qeydiyyatlar nəzərdən keçirilməli, əməliyyatların ardıcıllığı və sahmanlama işlərinin tez görülməsi nəzərə alınmalıdır.

Qışlamadan yenicə çıxmış arı ailələrinin yuvası temperatur +12-14 dərəcə olduqda günəşli, sakit havada qısa müddətə açılır və çatışmazlıqlar aradan qaldırılır. Bu müddətdə arılar təmizləyici uçuş keçirirlər. Pətəyin içərisi ölmüş arılardan və zibildən təmizlənir.

Əsas yaz yoxlama işləri ən çoxu 10 dəqiqə, sonrakı işlər isə 3-5 dəqiqə olmalıdır. Arı ailəsinə baxışın uzun çəkməsi sürfənin soyuqlamasına və nəticədə ailənin zəifləməsinə, arı oğurluğuna səbəb ola bilər. Əsas yaz yoxlanışından sonra arı ailələri inkişaf edir və 20-30 günə qədər arıçı köməyinə ehtiyac qalmır. Lakin erkən yazda saxlayıcı gəlir olmadıqda arı ailəsinə sürfənin inkişafını təmin edən və müalicə-profilaktiki məqsədlə müalicəvi yem verilməlidir.

Müəyyən vaxt keçdikdən sonra arı ailəsində müxtəlif yaşda olan sürfələr əmələ gəlir, ailə keyfiyyətcə yeniləşir: qoca arılar tədricən tələf olur, cavanlar isə onları əvəz edir. Ailənin cavanlaşması may ayında başa çatır. Bundan sonra sağlam ailə sürətlə inkişaf edir və vaxtaşırı yuvanın genişləndirilməsi (10-12 gündən bir) lazım gəlir. Əgər arıçı vaxtında tədbir görməzsə, qüvvəli ailələr beçə verir.

Ailədə arılar çoxaldıqca onların sürfələri becərmək üçün işi azalır, işsizlik yaranır ki, bu da arıların instinktiv beçə verməsinə səbəb olur. Əgər arıların beçə verməsi əsas gəlir dövrünə 30-45 gün qalmış baş verirsə, bu, təsərrüfat baxımından əlverişlidir. Beləliklə də, bal yığımında bir ailə əvəzinə, iki ailə iştirak edir. Buna görə də nəzarət etmək lazımdır ki, çıxmış beçəni yığmaq mümkün olsun.

İlk beçə bir qayda olaraq günün birinci yarısında çıxır və pətəkdən 10-20 metr aralıqda ağac və kol budaqlarına toplaşır və 30-40 dəqiqədən sonra (bəzən bir neçə saat ləngiyir) uçub gedirlər. Beçəvermə bal toplanışı ərəfəsində, yaxud bal toplama dövründə baş verirsə, bu, bal toplanmasına ciddi mane olur. Hər iki ailə bal toplamaq əvəzinə sürətlə çoxalır. Buna görə də təcrübəli arıçı təbii beçəverməyə yol vermir, prosesi özü idarə edərək ayırma beçədən yeni ailə təşkil edir.

Yazın ikinci yarısında ailənin çoxu qüvvətlənir, arıçının qarşısında bütün arı ailələrini aktiv iş şəraitində saxlayıb, onlardan bal toplama dövründə səmərəli istifadə etmək durur.

Yazda arı ailəsinin sürətli inkişafı ilə əlaqədar onlar kifayət qədər yemlə təmin olunmalıdır. Ailədə gündə nə qədər bal sərf edilməsi ailənin gücündən və ailədə yetişdirilən sürfənin miqdarından asılıdır. Gündəlik sərf edilən balın miqdarı gəlir olmayan vaxt nəzarət pətəyinin hər gün tərəzidə çəkilməsi ilə müəyyən edilir. Gün ərzində çəkinin nə qədər azalması bal və güləmin miqdarını göstərir.

Yazda 6-8 çərçivə aralığı arısı olan ailə gündə təxminən 300-400 qram bal və güləm sərf edir. Yayda arılar gəlir gətirdiyinə görə sərf edilən yemin bir hissəsi bərpa olunur. Yığcam və yaxşı istiliyi olan pətəkdə arılar nisbətən az yem sərf edirlər.

Yuvanın genişləndirilməsinə gəldikdə, yazda havalar isindikcə ana gündən-günə daha çox yumurta qoyur, balanın sayı artır və getdikcə daha böyük sahəni tutur. Balanın yetişməsi dövründə cavan arıların sayı artır, yuvada darısqallıq əmələ gəlir. Ailənin gələcək inkişafına şərait yaratmaq üçün əlavə şanların verilməsi yolu ilə yuva genişləndirilir. Adətən yuvanın genişləndirilməsi birinci yoxlamadan 3-4 həftə sonra lazım gəlir. Belə bir ehtiyacın yarandığını müəyyən etmək üçün heç də yuvadakı çərçivələrin hamısını çıxarıb baxmaq lazım deyil. Bu məqsədlə yuvaya üstdən baxmaq kifayətdir. Bütün çərçivələrin arası arılarla doludursa və hətta, çərçivələrdən qıraqda arılar varsa, yuvanı genişləndirmək lazımdır.

İri arıxanalarda yuvanın genişləndirilməsi arılar saxlanan pətəklərin tipindən asılı olaraq, müxtəlif cür həyata keçirilir. 12 çərçivəli pətəklərdə yuvanın genişləndirilməsi: arı ailəsi nə qədər güclü, ana məhsuldar, hava əlverişli və gəlir yaxşıdırsa, yuva da bir o qədər tez genişləndirilməlidir. Qabaqca qısamüddətli saxlayıcı yem gətirdiyinə görə, yuva 1-2 çərçivə qoymaqla genişləndirilir. Çərçivələr yuvanın sonuncu ballı çərçivə arasına qoyulur.

Şanlar arılar tərəfindən qəbul edildikdən sonra həmin qayda ilə yeni şanlar verilir. İsti havaların başlanması və gəlirin çoxalması ilə bağlı yeni şan hörülməsi məqsədilə yuvaya süni şan vərəqi çəkilmiş çərçivələr qoyulur. Belə şanları sonuncu ballı çərçivənin yanına, məftilli tərəfi içəri istiqamətdə yerləşdirilir. Gövdənin birində çərçivələr dolduqdan sonra üstünə ikinci gövdə, yaxud pətək üstlüyü (maqazin) qoyulub içərisi süni şanlı və ya hörülmüş şanlı üstlük çərçivələri ilə (yarımçərçivələrlə) doldurulur.

Yatıq pətəklərdə yuvanın genişləndirilməsi isə birdəfəlik genişləndirmə üsulu ilə yerinə yetirilir. Bu üsul ondan ibarətdir ki, yaz baxışı zamanı yatıq pətəklərdə 10-12 kiloqram yem ehtiyatı və üstü arılarla tam örtülü şan saxlanılır. Nəzarət pətəyi gəlirin artdığını göstərdikdə, yuvaya süni şan çəkilmiş bir neçə çərçivə qoyulur. Gəlirin miqdarından və şəraitdən asılı olaraq, yuvaya 4-5 çərçivə (onlardan 1-2-si süni şanlı və 2-3 hörülmüş şanlı) düzülür. Onlar arılar tərəfindən qəbul edildikdən sonra yuvanın ikinci genişləndirilməsi aparılır. Beləliklə, arıların oturduqları çərçivələr uçuş bacasından pətəyin boş sahəsinə doğru hərəkət etdirilir. Yerinə isə süni şanlı və hörülmüş şanlı çərçivələr qoyulur.

Yuvanın birdəfəlik genişləndirilməsi beçəvermənin qarşısını alır və əmək məhsuldarlığının yüksəlməsinə səbəb olur.

Çoxgövdəli pətəklərdə isə yuvanın genişləndirilməsi zamanı birinci gövdə dolduqdan sonra onun üstünə çərçivələrlə doldurulmuş ikinci gövdə qoyulur. İkinci gövdə arılarla dolduqdan sonra ikinci genişləndirmə aparılır. Göstərilən qaydada komplektləşmiş üçüncü gövdə birinci gövdə ilə ikinci gövdə arasına yerləşdirilir.

Arıxananın gəlirliliyi arı ailələrinin yığım dövrünə necə hazırlamasından asılıdır. Yığım dövrünədək çoxlu sağlam uçuş arısı olan güclü ailə yetişdirmək və kifayət qədər şan əldə etmək üçün arıçı bütün il boyu çalışmalıdır. Arıları bal yığımına payızdan hazırlamaq lazımdır. Çünki payızda yaxşı hazırlanmış və qışdan salamat çıxmış qüvvəli ailələr yazda sürətlə çoxalıb bal yığımı dövründə səmərəli işləyirlər. Bu məqsədlə yazda bütün işlər ailələrin güclənməsinə, şan hörülməsinə, beçə alınmasına və təbii beçəverməyə qarşı mübarizəyə yönəlməlidir. Arı ailələrinin əsas bal yığımı dövrünədək gücləndirilməsi və imkandan səmərəli istifadə edilməsi üçün yerin şəraitini - əsas gəlirin hansı bitkidən başlanıb nə qədər davam edəcəyini bilmək lazımdır”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ