REGİONLAR


Arıçılıq Mərkəzində süni yolla mayalandırılan ana arıların satışı təşkil olunacaq

A+ A

Gəncə, 1 avqust, Rauf Hacıyev, AZƏRTAC

Respublikada ilk dəfə olaraq Gəncədə fəaliyyət göstərən Arıçılıq Mərkəzində süni yolla mayalandırılan təmizqanlı Bozdağ Qafqaz arı cinsindən olan ana arıların satışına başlanılacaq.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində fəaliyyət göstərən Arıçılıq Mərkəzinin rəisi Allahverdi Seyidov bildirib.

Allahverdi Seyidov deyib ki, bir müddət ölkədə arıçılığın ciddi və sistemli şəkildə elmi tədqiqatdan kənarda qalması, həmçinin bu sahə ilə yalnız fərdi təsərrüfat sahiblərinin məşğul olması Azərbaycan üçün xarakterik sayılan Bozdağ Qafqaz arı cinsinin populyasiyaları arasında cılızlaşmaya gətirib çıxarıb. 2015-ci ilin oktyabrından fəaliyyətə başlayan Arıçılıq Mərkəzinin əsas məqsədi Azərbaycanda təmizqanlı Bozdağ Qafqaz arı cinsini aşkar etmək və ondan yeni populyasiyaların alınmasını təmin etməkdən ibarətdir.

Bu məqsədlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə türkiyəli mütəxəssislərlə birgə ölkə üzrə genefondun aşkarlanmasına başlanılıb. Toplanılan nümunələr test üçün ABŞ-a göndərilib. Xarici ölkədə laboratoriyada aşkar olunan təmizqanlı Bozdağ Qafqaz arı cinslərinin Arıçılıq Mərkəzində toplanaraq artırılması məqsədəuyğun sayılıb. Növbəti mərhələdə isə mərkəzdə saxlanılan nümunələrin pətəklərə ayrılması və ana arıların süni yolla mayalanması prosesi həyata keçirilib.

Allahverdi Seyidov işin səmərəli təşkili və süni mayalanmanın müasir metodlarla həyata keçirilməsi üçün mərkəzə Almaniyadan süni mayalama texnologiyası və avadanlıqlarının gətirildiyini də bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.