Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Arif Hüseynov: Məni rəssam edən inadkarlığım oldu

Bakı, 15 fevral, T.Abdullayeva, A.Suvar, AZƏRTAC

Onun çəkdiyi rəsmlər “danışır”. Bu rəsmlər Mirzə Ələkbər Sabirin mahiyyətcə dərdlərimizə çox sərt “bədii güzgü” tutan şeirlərinin dili ilə danışır. Milli faciələrimizin ümumiləşdirilmiş görüntüsü olan bu rəsmlər oxucunu güldürməkdən daha çox, düşündürəcək məqamlarla zəngindir. Onun əsərləri həm də nağıllarımızın, dastanlarımızın qəhrəmanlarının dili ilə danışır. Soyuqlu, sazaqlı bir qış günündə biz də Azərbaycan Rəssamlar İttifaqının “Miniatür və kitab qrafikası” bölməsinin sədri, Xalq Rəssamı Arif Hüseynovun emalatxanasında onun bir-birindən maraqlı, rəngarəng əsərlərinin qəhrəmanları ilə danışmağa getmişdik. Onun çəkdiyi rəsmlərin istisinə qızınmaqla yanaşı, həm də bu rənglərin işığında rəssamın keçdiyi ömür yoluna bir daha nəzər saldıq. Xalq Rəssamı ilə söhbətimizi AZƏRTAC-ın oxucularına təqdim edirik.

-Arif müəllim necəsiniz, ömrünüzün 74-cü qışını yaşayırsınız, yarım əsrdən çoxdur ki, fırça ilə yoldaşlıq edirsiniz, əzəli-əbədi “dostunuz”la bu yaşda necə dil tapırsınız?

-Çox sağ olun, şükürlər olsun, hələ ki, yaxşıyam. Uşaqlıq vaxtlarımda rənglərə olan sevgim məni bütövlükdə bu sənətə bağladı. Rəsm çəkməyə 5-ci sinifdə başlamışam. Onda böyük dərnəklər yox idi. Kitablarda gördüyümüz şəkillərdən köçürmələr edərdik. Atam, anam Bakının Qala kəndindəndir. Uşaqlığım Bakıda – ən qaynar guşələrdən sayılan məşhur “Sovetski”də keçib. Atam müəllim, anam isə zavodda fəhlə işləyirdi. Atamı tez itirdim, üç yaşında. Bundan sonra ailənin çətinliyi anamın üzərinə düşdü. Anam işə gedəndə qapını açarla bağlayardı, bacım və mən günümüzü kitab oxumaqla keçirərdik. Rəssam olmasaydım, bəlkə də ədəbiyyatçı olacaqdım.

1960-1962-ci illərdə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində orta ixtisas, 1965-1972-ci illərdə isə Mədəniyyət və İncəsənət İnstitutunda ali təhsil aldım. Açığını deyim ki, məni rəssam edən inadkarlığım oldu. Belə ki, 173 nömrəli məktəbdə oxuyurdum. Qoqolun “Müfəttiş” əsərinin obrazları barədə inşa yazmalı idik. Düşündüm ki, yazı yazmaqdansa, bəlkə əsərdəki obrazların rəsmini çəkim. Obrazların portretini çəkdim və fikirləşdim ki, bu, müəllimimin xoşuna gələcək. Lakin hər şey əksinə oldu. Müəllim bu hərəkətimə görə bərk əsəbiləşdi və dəftəri cırdı. Bundan sonra qəti qərara gəldim ki, mütləq çəkəcəyəm və özümü təsdiq edəcəyəm. O gündən fırça mənim ən yaxın dostumdur, hər zaman mənimlədir.

Biz yaradıcı adamlar həmişə axtarışdayıq. 74 yaşım olmasına baxmayaraq o qədər planlarım var ki, o planları yerinə yetirməyə bəzən vaxt çatmır.

-Bilirsiniz də, Azərbaycan təsviri sənət tarixinə Bakı və ətraf kəndlərdə doğulan neçə-neçə görkəmli fırça ustasının adı həkk olub, özü də böyük hərflərlə. Bakının Qala kəndində dünyaya göz açan Arif Hüseynov üçün rəssam olmaq bir hobbi idi, yoxsa...

-Həyat tərzidir. Düzdür, Bakı rəssamlıq məktəbində çox nəhəng simaların adı var. Bu, olduqca qürurvericidir. Düşünürəm ki, onları rəssam edən başlıca səbəb Abşeronun zəngin təbiəti və İçərişəhərin tarixi bənzərsizliyidir. Bir tərəfdə Xəzər dənizi, qumlu sahil, sal qayalar, qara qızıl, ağ şanı, qara şanı və digər zənginliklər...

1975-ci ildən Rəssamlar İttifaqının üzvüyəm. 40 ildən artıqdır ki, ardıcıl olaraq yaradıcılıqla məşğulam. Bu dövrə kimi, əsasən, dəzgah və kitab qrafikası ilə məşğul olmuşam. Ölkəmizdə, Türkiyədə, Almaniyada, Yaponiyada, Hollandiyada, Rusiyada fərdi sərgilərim açılıb.

-İllüstrasiyalar rəssamın təkcə oxuduğunu yox, həm də onun baxışını göstərir. Bu təsvirlər rəssamı kitabın qanuni müəlliflərindən biri edir. Açığını deyək ki, artıq kompüterin imkanları bu sahədə çalışan rəssamların da qazancını əlindən alıb. Ümumiyyətlə, bu sahədə vəziyyət necədir, hansısa nəşriyyatdan və ya müəllifdən təklif alırsınızmı?

-Bu, mənim ən yaralı yerimdir. Təəssüf ki, bu sahədə vəziyyət heç də ürəkaçan deyil. Sovet dövründə “Gənclik” nəşriyyatı vardı. Burada hər il iki-üç klassik və dünya ədəbiyyatından uşaq kitabı nəşr edirdilər. Bu işlə məşğul olan rəssamları da dəvət edirdilər. Bildiyiniz kimi, müstəqillikdən sonra özəl nəşriyyatlar yarandı. Bu, olduqca yaxşı məsələdir. Amma, təəssüf ki, bununla da kitab rəssamlığı bir sinif kimi ləğv olunmağa başladı. İndi kitab qrafikası sahəsində çox az iş görülür. Artıq heç bir nəşriyyat rəssama kitab qrafikası ilə bağlı sifariş vermir, hər şeyi kompüter vasitəsilə həyata keçirirlər. Hər il Rəssamlıq Akademiyasında kitab qrafikası ixtisası üzrə 5-6 məzun olur. Lakin iş olmur. Onlar da əvəzində rəssamlığın digər sahələrinə və yaxud dizaynerliyə üz tuturlar.

Ancaq xoşbəxtlikdən mən bu yola eyni templə davam edirəm. Son illərdə təkliflər olub və bir neçə layihəni reallaşdırmışam. İlk dəfə Mirzə Ələkbər Sabirin ölməz “Hophopnamə”sinə münasibətdə ənənəviləşən bədii şərhə yeni çalarlar əlavə etməyim heç də birmənalı qarşılanmadı. Deyərdim ki, hətta Azərbaycan kitab məkanında böyük səs-küyə, mübahisələrə səbəb oldu. Amma sonda bu mübahisələrin nəticəsi mənim xeyrimə dəyişdi. Hamı, eləcə də M.Ə.Sabirə yeni bədii baxışın əksinə olanlar tərəfindən dahi şairi başqa cür də “oxumağın” mümkünlüyü qəbul olundu. M.Ə.Sabirin anadan olmasının 150 illiyi münasibətilə çap olunan “Hophopnamə”yə verdiyim tərtibat və bu nəşrin bütün mənalarda çəkisini artıran 40 yeni rəsm də özünəməxsus bədii həlli, bu vaxta qədər bu yöndə elədiklərimin uğurlu sintezi kimi qəbul olundu. Demək olar ki, bu əsərlərdə şairin dillər əzbəri olan əksər şeirlərinə münasibət bildirmişəm. O kitab Astanada beynəlxalq kitab sərgisində mükafata layiq görülüb.

Yerli və xarici müəlliflərin bir çox kitabları üçün illüstrasiyalarda ölkəmizin ənənəvi prinsiplərinin müasir izahını verməyə çalışmışam. Çəkdiyim illüstrasiyalardan bəzilərini: Nizami Gəncəvinin “Fitnə”, Səməd Vurğunun “Sözlər”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan”, Korney Çukovskinin “Doktor Aybolit”ini göstərə bilərəm.

-Gənclik illərində Arif Hüseynov “Göyərçin” məşhur uşaq jurnalı ilə əməkdaşlığa başlayıb, hətta jurnalın incəsənət direktoru olub. Bəlkə də bunun nəticəsi idi ki, sizin “Azərbaycan nağılları” adlı bədii sərginiz açıldı. Bu gün hər hansı uşaq jurnalı ilə yenə də əməkdaşlıq edirsinizmi?

-İlk olaraq gənc rəssam kimi “Göyərçin”lə əməkdaşlığa başladım. Məndən əvvəl bu jurnalda dövrünün çox sanballı rəssamları çalışmışdı. “Göyərçin” bütün ölkə üzrə minlərlə oxucuya malik idi, buna görə də onun illüstrasiyaları daha geniş auditoriyaya nail oldu. İndi də jurnalla əməkdaşlıq edirəm. Bəlkə də bunun nəticəsi idi ki, nağıllarımıza sonsuz sevgi ilə vuruldum. Nəticədə “Azərbaycan nağılları” layihəsində 30 nağıl əsasında 40-a yaxın rəsm çəkdim. Bir il nağılları oxuya-oxuya bu rəsmlər üzərində işləmişəm. Layihənin nəticəsi olaraq yüksək səviyyədə çap olunan kitab Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan və ingilis dilində hazırlanıb.

Mən tövsiyə edirəm ki, insanlar nağılları bir uşaq vaxtı, bir də qocalanda oxusunlar. Çünki uşaq vaxtı oxuyanda bir başqa gözlə baxırsan, yaşlı vaxtı oxuyanda isə bir az təcrübə və ağılla sətiraltı mənaları görürsən.

-Əsl sənətin yaşı olmur, bir də ki, rənglər əbədidir. Bu mənada sənətinin yaşı əsrləri adlayan Arif müəllim üçün hansı rəng daha doğmadır?

-Bilirsiniz ki, mən əsasən qrafika janrında çalışıram. Qrafikanın predmeti, rəngi ağ və qaradır. Ağdan qarayadək milyon rəng var, onu görmək lazımdır.

Mən əsərlərimi xüsusi texnika ilə işləyirəm. Bu texnika heç bir rəssamda yoxdur. 2006-cı ildə Heydər Əliyev Fondunun dəstəyi ilə mənim və oğlum Orxanın Tokioda sərgimiz oldu. Yaponiya mənə özümü tapmaqda təsir etdi. Bu sərgidən sonra yaradıcılığımda böyük dönüş yarandı. Ondan sonra mən rəsmlərimi özümə məxsus üslubda işləyirəm. Belə ki, xalçanın ilmələrini, düyünlərini rənglərə çevirdim. Bundan sonra maraqlı ideya yarandı. Buna görə mənim əl işim istər qrafikada, istərsə də digər əsərlərdə seçilir.

-Hazırda hansı layihələr üzərində işləyirsiniz?

2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsüyəm. Ölkəmizdə yaradıcı insanlara göstərilən belə yüksək diqqət bizlərə daha yaxşı əsərlər yaratmağa imkan verir. Məhz bunun nəticəsidir ki, son illərdə xalqımızın haqq işi olan Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılmasına öz töhfəmi vermək üçün bir layihə fikirləşdim. 2013-cü ildən 2016-cı ilədək 3 il ərzində 45 iş hazırladım. Alban dövlətindən başlayaraq Pyotrun ermənilərə məktubu, Qarabağ musiqiçiləri, mənzərələri, Qarabağda baş verən hadisələri qrafika janrında çəkmişəm. Əsərlərin üstündə Azərbaycan və ingilis dillərində yazılar yazmışam. İnanıram ki, yaxın vaxtlarda bu əsərlərin də sərgisi açılacaq.

“Xalq Bank”ın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsi çərçivəsində aşıq poeziyasına aid 3 kitab çap olunacaq. Məni dəvət etdilər ki, rəsmlər çəkim. Birinci hissəyə qoşmalar, gəraylılar və s. daxildir. İkinci kitabda məhəbbət dastanları, üçüncüdə isə qəhrəmanlıq dastanları yer alacaq. 55 işin yer aldığı layihə tamamlanmaq üzrədir. Layihə çərçivəsində həm kitab hazırlanacaq, həm də sərgi təşkil ediləcək.

Bundan başqa, Məhsəti Gəncəvinin rübailərinə 40 miniatür iş həsr etmişəm. Hazırda bu əsərlər Gəncədə nümayiş olunur.

İşlərimi yekunlaşdırdıqdan sonra Səməd Vurğunun, Bəxtiyar Vahabzadənin və Nəbi Xəzrinin şeirlərinin əlyazmaları əsasında əsərlər yaratmaq fikrindəyəm.

-Sənətinizi oğlunuz davam etdirir. Ata və oğulun yolu eynidir, yoxsa...

-Orxanın 1999-cu ildə köhnə Bakıya aid “Mənim nağıl şəhərim” adlı sərgisi keçirildi. Hazırda “YARAT” Müasir İncəsənət Məkanı ilə işləyir.

Rəssamlıqda sənətkar olmaq üçün 3 əsas amil var. Bunlardan biri müşahidəçilik, ikinci səbir, üçüncü isə inadkarlıqdır. Orxanda mən bu xüsusiyyətləri gördüm. Əvvəllər folklorla işləyirdi, indi isə müasir incəsənətlə məşğuldur. Əsərlərində milli elementlər var.

-Arif Hüseynov məktəbi də yaratmısınız...

-Emalatxanada bir otağı studiya etmişik. Məqsəd odur ki, Azərbaycan miniatür sənətinə həvəs göstərənlərə bu sənəti təlqin edək. İki aydır fəaliyyət göstərən studiyanın hazırda 10 üzvü var.

... Arif müəllimlə sağollaşıb emalatxanasını tərk etsək də, çəkdiyi rəsmlərin sehrindən, cazibəsindən hələ də çıxa bilməmişik. Onun qəhrəmanları ilə bizim kimi “danışmağa” gedənlərin sayı yəqin ki, zaman ötdükcə daha da çoxalacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Rusiyanı Çində müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib

Portuqaliyalı ekspert: Azərbaycanda keçiriləcək COP29 iqlim dəyişikliyi ilə bağlı qlobal problemlərin həlli üçün daha səmərəli olacaq VİDEO

® “Rabitəbank”dan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək

Azərbaycan-Əlcəzair əlaqələrinin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub

Pekində “Azərbaycanda investisiya və ticarətin təşviqi” konfransı keçirilib VİDEO

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar

Ombudsman Aparatı uşaq hüquqları ilə bağlı təlim təşkil edib

Avstriyalı ekspert: Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümü münasibətilə silsilə tədbirlər keçirilib

MSN-in istehsal etdiyi silahlar Vətən müharibəsində və antiterror tədbirlərində düşmənə gücünü döyüş şəraitində göstərib

Ceyms Şarp: COP29-a ev sahibliyi etmək Azərbaycan üçün geniş imkanlar yaradacaq

Qarabağ Regional DOST Mərkəzində 300-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Alman filosofu İmmanuel Kantın 300 illiyinə həsr olunmuş ümuminstitut seminarı keçirilib

Ceyhun Bayramov Çexiyanın “CEVRO” İnstitutunda ölkəmizin xarici siyasət prioritetlərindən danışıb

Voleybol üzrə Azərbaycan çempionatlarının qalibləri mükafatlandırılıb

Peşə təhsil müəssisələrinin məzun və tələbələri "Casa Culinary Cup 2024" yarışmasında qalib olublar

Qazaxıstanlı doktorantlar Neft və Qaz İnstitutunda təcrübə keçiblər

Prezident İlham Əliyevin Norveç Baş nazirinə ünvanladığı COP29-a dəvət məktubu səfirə təqdim edilib

Prezident İlham Əliyev Azərbaycanın uğurlarının səbəbini açıqlayıb

Qarşılıqlı anlaşma və möhkəm təmələ əsaslanan Azərbaycan-Rusiya münasibətləri ŞƏRH

Azərbaycan ilə Qırğızıstan arasında mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün münbit zəmin mövcuddur

Tədqiqat bəzi meşələrin iqlim dəyişikliyinə müqavimətdə mühüm rolunu üzə çıxarıb

BDU-nun tələbə və əməkdaşları Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olublar

“Hibrid enerji sistemləri və onların gələcək perspektivləri” - elmi seminar

ABŞ Konqresi üzvlərindən ibarət nümayəndə heyəti ölkəmizdə mövcud mina problemi barədə məlumatlandırılıb

AzTU-da Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin IV dalğası barədə infosessiya keçirilib

Prezident: Quru sərhədlərin bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük

® “PAŞA Holding” üçün taksi biznesində növbəti mərhələ

Qarbi Abdelbaset: QH çərçivəsində əlaqələr Əlcəzair-Azərbaycan münasibətlərin inkişafına imkan yaradıb

“Azərreyl”in qadın komandası da Azərbaycan çempionu olub

Prezident İlham Əliyev: Biz qonşularla yaxşı və bəzi hallarda əla münasibətlər qura bilmişik

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev forumda iştirak edib YENİLƏNİB VİDEO

“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır

Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub

Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək

Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?

Nərimanov rayonunda məktəblilərə narkotiklərin zərərli təsiri barədə məlumat verilib

Beynəlxalq ekspert: Azərbaycanın yaşıl enerji keçidində liderliyi beynəlxalq əməkdaşlıq üçün strateji imkandır – MÜSAHİBƏ

Yağış Şamaxıda bəzi fəsadlar törədib VİDEO

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş elmi seminar

® Balaxanı Əməliyyat Şirkəti ərazilərində ağacəkmə işləri həyata keçirilir

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilib - YENİLƏNİB-2 VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Qusarda vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Əlcəzair parlamentarisi: Azərbaycanla əməkdaşlıq üçün geniş imkanlar mövcuddur

Şəkidə ağacəkmə aksiyası keçirilib

Azərbaycan Prezidenti: Azərbaycanda ciddi və ya potensial qaydada yarana biləcək hər hansı risk yoxdur

BAM-ın ərsəyə gəlməsində Heydər Əliyevin bənzərsiz xidmətləri ŞƏRH

Azərbaycan Prezidenti: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirik

Ədəbiyyat İnstitutunda Abdulla Şaiqin “Türk çələngi” kitabı təqdim edilib

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib

Prezident: Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər göstərilir

Debora Zakuto: Fikrimcə Aida Mahmudovanın əsərlərindəki rəng ahəngi təbiətin onun həyatındakı rolunu göstərir

AzMİU-da “İnformasiya texnologiyaları və onların tətbiqi” adlı II beynəlxalq konfrans keçirilib

Fırat Arapoğlu: Aida Mahmudovanın ən böyük uğurlarından biri də bəşəri ziddiyyətləri əsərlərində təsvir edə bilməsidir

Küveyt Dövləti Azərbaycanla Ermənistan arasında razılaşmanı alqışlayır

Bakıda Türkiyənin Milli suverenlik və uşaq bayramı münasibətilə tədbir təşkil olunub

Prezident İlham Əliyev: Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır

İdman zalının kassasını talayaraq 12 min manat məbləğində pul oğurlayan mühafizəçi saxlanılıb

Azərbaycan Prezidenti: Hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil edir

Azərbaycanın aparıcı musiqiçiləri Peterburq filarmoniyasında çıxış edəcəklər

Cari ilin birinci rübündə dövlət əmlakının icarəyə verilməsindən büdcəyə daxilolmalar artıb

Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb

BDU-nun şahmat komandasının uğuru

Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar

Yeni inşa olunmuş yaşayış binası xidməti istifadəyə verilib

Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb

Xalq yazıçısı Anar məktəblilərlə görüşündə mütaliənin əhəmiyyətindən danışıb

MEDİA-da Özbəkistan Jurnalistlər İttifaqının nümayəndə heyəti ilə görüş olub