CƏMİYYƏT


Arıqlama xərçəngin inkişaf riskini azalda bilər

A+ A

Bakı, 21 iyul, AZƏRTAC 

Alimlərin son tədqiqatları göstərib ki, arıqlama xərçənglə bağlı olan zülalların səviyyəsini azaltmağa kömək edir. AZƏRTAC “trkterra.ru” saytına istinadla xəbər verir ki, çəki itirmək müxtəlif onkoloji xəstəliklərə yoluxma riskini 20 faiz azaldır.

Bədən çəkisinin azalması bir çox xəstəliklərə, o cümlədən xərçəng və diabetə təsir göstərir. Barəsində söz açılan zülallar angiogenesisdə, yəni orqanizmdə yeni qan damarlarının yaranması prosesində iştirak edir. Bu da xərçəng hüceyrələrinin artmasında və çoxalmasında mühüm rol oynayır.

Mütəxəssislərin sözlərinə görə, VEGF, PAI-1 və PEDF zülalları qan damarlarının sayının artması ilə bağlıdır. Bədən çəkisinin azalması bu zülalların miqdarının azalmasından asılıdır. İnsanın çəkisi azaldıqca, bu zülalların da səviyyəsi aşağı düşür.

Bununla bərabər, ekspertlər xərçəngin meydana gəlməsinə məhz zülalların səbəb olmasına əmin deyillər. Ola bilsin ki, onlar sadəcə şişin inkişafı üçün əlverişli mühit yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.