CƏMİYYƏT


Arıqlamaq üçün kompyuter oyunu yaradılıb

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Amerikalı alimlər ziyanlı qida maddələrinə qeyri-sağlam meyil üzərində nəzarət edən yeni kompyuter oyunu və onun mobil əlavəsini yaradıblar.

AZƏRTAC “wek.ru” saytına istinadla xəbər verir ki, yeni layihənin müəllifləri Dreksel Universitetinin alimləridir. Onlar bu oyunu insanın inhibitor nəzarətini yaxşılaşdırmaq üçün fikirləşiblər. Bu xüsusi proses baş-beyində gedir və insanı bütün mümkün impulsiv arzu və meyillərinin əsiri olmaqdan çəkindirir. İnhibitor nəzarəti insanın yaxınlıqdakı yeməkxanada pitsa və ya kartof qızartmasının cəlbedici ətrini duyarkən aktivləşir. Yeni mobil əlavə insanın dad seçimini də müəyyən edə bilir. İnsan sağlam qidadan əl çəkmək istəyəndə mobil əlavə onun faydalı rasiona qayıtması üçün bir neçə fərdi strategiya təklif edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.