DÜNYA


Arizonada isti səbəbindən 40-dan çox aviareys ləğv olunub

Bakı, 20 iyun, AZƏRTAC

Bu gün ABŞ-ın Feniks şəhərində (Arizona ştatı) 49 dərəcəyə çatan isti səbəbindən 40-dan çox aviareys ləğv olunub.

AZƏRTAC xəbər verir ki, BBC News telekanalının məlumatına görə, o cümlədən American Airlines aviaşirkəti günün ən isti saatlarında “Finiks Skay-Xarbor” aeroportundan ondan çox reysin ləğv olunduğunu elan edib.

Fox News telekanalının yerli şöbəsi xəbər verib ki, ləğv olunan reyslər əsasən Bombardier CRJ regional təyyarələrinə aiddir: onlar 48 dərəcədən yüksək temperatura dözmürlər. Buna görə də gündüz saat üçdən axşam saat altıyadək bütün reyslərin hamısı ləğv ediləcək.

Bu problem hələ 2016-cı ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatının məruzəsində qaldırılıb. Qeyd olunub ki, temperaturun yüksəlməsi aviadaşımaların keyfiyyətinə mənfi təsir göstərə bilər. Bu səbəbdən Yaxın Şərq və Şimali Amerika ölkələrində uçuş cədvəllərini elə tərtib etməyə çalışırlar ki, uzaq məsafəli reyslər temperaturun aşağı olduğu axşam və gecə vaxtı həyata keçirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.