İDMAN


Arkadi Naydiç Gideon Yafet Memorialının qalibi oldu

A+ A

Bakı, 18 iyul, AZƏRTAC 

Qüdsdə II Gideon Yafet memorialının qalibləri və mükafatçıları müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, open “A” turnirində 6 ölkədən - Azərbaycan, Fransa, İsrail, Hollandiya, Rusiya və Ukraynadan 50 şahmatçı, o cümlədən 12 qrossmeyster iştirak edib.

Azərbaycan qrossmeysteri Arkadi Naydiç turnirin qalibi olub. O, mümkün 7 xaldan 6,5-ni toplayıb. Rusiyalı Daniil Yuffa, ukraynalı Aleksandr Bortnik və yerli şahmatçılar Tamir Nabati, Tal Baron, Aleksandr Xuzman, Avital Boruxovski və Nimrod Veynberq ondan 0,5 xal geri qalıblar.

İsveçrə sistemi üzrə keçirilən Gideon Yafet Memorialının mükafat fondu 55 min şekel olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.