DÜNYA


Arkanzasda baş verən atışma nəticəsində 17 nəfər xəsarət alıb

Bakı, 1 iyul, AZƏRTAC

ABŞ-ın Arkanzas ştatında gecə klubunda baş verən atışma nəticəsində azı 17 nəfər xəsarət alıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hadisə Litl-Rok şəhərində yerləşən “Power Lounge” gecə klubunda baş verib. Yaralanan şəxslərdən birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, polis insidentin münaqişə zəminində baş verdiyini və terrorla əlaqəli olmadığını bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.