SİYASƏT


Arman Seitmamit: Bakıya budəfəki gəlişimdə gördüyüm mənzərə məni heyran etdi

A+ A

Bakı, 18 noyabr, Günel Məlikova, AZƏRTAC

Əvvəllər də Bakıda olmuşdum. Budəfəki gəlişimdə gördüyüm mənzərə məni heyran etdi. Yeni və möhtəşəm tikililərin fonunda çox inkişaf etmiş bir şəhər gördüm. Dəniz, müasirlik və tarixin harmoniyası şəhərə xüsusi ab-hava qatır.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresində iştirak edən Qazaxıstanın Xəbər 24 TV kanalının direktoru Arman Seitmamit deyib.

“Tədbir çox yüksək beynəlxalq səviyyədə təşkil olunub. Azərbaycanın dövlət başçısının açılış mərasimində iştirakı və nitqi artıq Bakıda keçirilən bu konqresin statusunu müəyyən etdi”, - deyə qonaq bildirib.

Dünyanın müxtəlif ölkələrindən olan media təmsilçilərinin bir yerə toplandığı bu tədbirdə müzakirə olunan qlobal və çox vacib mövzuların jurnalist sənətinin çətinliklərini bir daha göz önünə gətirdiyini söyləyən A.Seitmamit tədbirin yeni əlaqələrin qurulması, yeni biliklərə yiyələnmək baxımından da vacibliyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.