İDMAN


Arsen Venqer Londonun “Arsenal” klubunun komandasını daha iki il çalışdıracaq

Bakı, 1 iyun, AZƏRTAC

Londonun “Arsenal” klubu komandanın baş məşqçisi Arsen Venqerlə müqaviləni uzadıb. O, kanonirlərə 1996-cı ildən rəhbərlik edir.

Komandanın mətbuat xidmətinin yaydığı məlumata görə, 67 yaşlı fransızla yeni müqavilə iki il üçün bağlanılıb. Arsen Venqer yeni müqaviləni axıradək icra edərsə, matçların sayına görə İngiltərə Premyer-liqasında “Manchester United”in sabiq məşqçisi Aleks Ferqyusonun rekordunu təzələyəcək.

A.Venqerin rəhbərliyi ilə klub üç dəfə İngiltərə çempionu olub, yeddi dəfə İngiltərə Kubokunu, altı dəfə isə ölkənin Superkubokunu qazanıb.

Kanonirlər keçən mövsümdə finalda “Chelsea”yə qalib gələrək öz tarixlərində 13-cü dəfə İngiltərə Kubokuna sahib olublar. Lakin Premyer-liqanın cədvəlində “Arsenal” yalnız beşinci yeri tutduğu üçün 20 il ərzində ilk dəfə olaraq Çempionlar Liqasında iştirak etməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.