MƏDƏNİYYƏT


“Arşın mal alan”dakı duetə klip çəkilib

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Xalq Artisti, Azərbaycan Dövlət Akademik Opera və Balet teatrının solisti Fidan Hacıyeva və gənc müğənni Ələsgər Əliyev dahi bəstəkar, milli operamızın banisi Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasında Vəli ilə Tellinin duetini yeni tərzdə dinləyicilərə təqdim ediblər. Bu uğurlu duet tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

AZƏRTAC xəbər verir ki, Fidan Hacıyeva və Ələsgər Əliyev duetə klip çəkdirmək ideyasını yay mövsümündə reallaşdırıblar.

Klipin ssenari müəllifləri Ceyhun Kərimov, Aleks Anişenko, rejissoru Ceyhun Kərimov, operatoru Nadir Mehdiyev, rəssamı Nərminə Vəliyeva, montaj rejissoru Aleks Anişenko, prodüseri Əziz Əliyevdir.

“Pulun var” adlı duet 3 dildə - Azərbaycan, rus və ingilis dilində ifa edilib. Klipdə milli geyimlərdən istifadə olunub.

Qeyd edək ki, “Arşın mal alan” böyük Azərbaycan bəstəkarı, milli bəstəkarlıq məktəbinin banisi, Şərqdə ilk operanın müəllifi Üzeyir bəy Hacıbəylinin üçüncü, sonuncu musiqili komediyasıdır. 70-dən çox dilə tərcümə edilən “Arşın mal alan” bütün dövrlərdə maraqla qarşılanıb, sevilib, dünya səhnələrində böyük müvəffəqiyyətlə oynanılıb. Bu operetta Azərbaycan mədəniyyəti tarixinin ən böyük nailiyyətlərindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.