Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“Arşın mal alan”ın Los Anceles premyerasına artıq bütün biletlər sifariş olunmuşdur VİDEO

“Arşın mal alan”ın Los Anceles premyerasına artıq bütün biletlər sifariş olunmuşdur VİDEO

Bakı, 7 sentyabr (AZƏRTAC). Amerika vaxtilə sentyabrın 7-də (Bakı vaxtilə sentyabrın 8-də) dünya kinosunun paytaxtı Los Ancelesin səhnəsində Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettası tamaşaya qoyulacaqdır. Artıq operettanın anşlaqla keçəcəyini demək olar. Ona görə ki, teatrın konsert zalına bütün biletlər sifariş olunmuşdur.

Bütün müsəlman aləmində ilk müzikl olan “Arşın mal alan” bu il 100 illik yubileyini qeyd edir. Altmışdan artıq dilə tərcümə olunmuş bu operetta Çində, Çexiyada, Bolqarıstanda səhnələşdirilmişdir. Altı il bundan əvvəl isə əsərin Los Anceles premyerasının prodüseri Maykl Şnak onu Vyanada təqdim etmişdir. Lakin bu səviyyədə ABŞ-da “Arşın mal alan” ilk dəfədir ki, səhnəyə çıxarılır.

Tamaşa ilə bağlı fikirlərini bildirən Los Anceles sakini Betsi Bler demişdir: “Mən çox həyəcanlıyam. Sabah Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının premyerası olacaqdır. Bu musiqini ilk dəfə mən 20 il bundan əvvəl eşitmişəm. İndi isə biz onu burada görə və eşidə biləcəyik. Çox maraqlı süjeti var və tamaşada Amerika aktyorları iştirak edir. Gözəl musiqisi olan bu operetta təsirli məhəbbət hekayəsidir”.

Yüz il bundan əvvəl Üzeyir Hacıbəyli bu əsərini neft maqnatı Hacı Zeynalabdin Tağıyevin köməyi ilə bütün dünyaya təqdim etmişdir. Simvolik olaraq isə 100 ildən sonra dahi Ü.Hacıbəylinin bu əsəri ABŞ-da dünya enerji ehtiyatları bazarlarında öz sözünü demiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin dəstəyi ilə səhnələşdirilir. Tamaşanın təşkilində, həmçinin Azərbaycanın Los Ancelesdəki baş konsulluğunun da rolu böyükdür.

Üzeyir Hacıbəyli “Arşın mal alan” əsərini 1913-cü ildə Peterburq Universitetinin tələbəsi olduğu vaxt yazmışdır. Gənc bəstəkar əsərini müəllimi, professor V.Kalafatiyə, o isə rektor A.Qlazunova göstərmişdir. Üzeyir Hacıbəylinin gündəliyində belə bir ifadə var: “Rəy bütün gözlənilənlərdən artıq oldu. Dahi V.Qlazunov deyir ki, Rusiyada ilk musiqili operetta yaranmışdır”.

1913-cü il oktyabrın 25-də isə Artıq Bakıdakı Tağıyev Teatrında “Arşın mal alan” ilk dəfə səhnələşdirilmişdir. Onun ilk rejissoru Hüseyn Ərəblinski olmuşdur. Lakin plagiat cəhdləri bu şah əsərin xoşbəxt səhnə taleyinə kölgə salmışdır. 1915-ci ildə ilk dəfə belə bir fərziyyə ortaya çıxmışdır ki, “Arşın mal alan” guya erməni operettasıdır. Elə bundan sonra əsərin erməniləşdirilməsi ənənəsinin əsası qoyulmuşdur. Sidrak Mahalyan operettanın erməni dilinə tərcüməsinə icazə aldıqdan sonra afişalarda müəllifin adını silmişdi. Bu hələ başlanğıc idi. Bunun ardınca Voskonyan və digərlərinin truppaları ortaya çıxmışdır. Bu azmış kimi erməni rejissor tərəfindən müəllifin adı qeyd edilmədən “Arşın mal alan” ekranlaşdırılmışdır. Amma ermənilər bir şeyi nəzərə almamışdılar. Hadisələr Qarabağın ürəyi olan Şuşada baş verirdi. Şərqdə bəy gəlinini toya qədər görə bilməzdi, buna görə də operettanın qəhrəmanı, varlı gənc Əsgər dostu Süleymanın məsləhəti ilə arşın malçı kimi geyinir. Arşın malı satanlar evlərdə öz mallarını qadınlara və qızlara təklif edirdilər, onlar isə seçim edərkən üzlərini bağlamırdılar. Bundan sonra Əsgər istənilən həyətə daxil olaraq özünə qız seçə bilərdi.

Müzikldə kifayət qədər mahnı və yumor var, qəhrəmanlar üçünsə hər şey xoşbəxt sonluqla – toyla başa çatır.

Los Anceles premyerası üçün bütün səhnə geyimlərinin Bakıda tikildiyini deyən Bakı milli geyim evinin kreativ direktoru Könül Vəlibəyli bildirmişdir: “Biz çox gözəl geyimlər hazırladıq. Son toy səhnəsində 20 aktyor milli geyimdə səhnəyə çıxacaqlar. Geyimlər çox gözəldir. Onlar milli koloriti əks etdirir. Bu, bütün dünyaya Azərbaycan milli geyimlərini nümayiş etdirmək üçün yaxşı imkandır”.

Müsəlman Şərqində məhəbbət əhvalatı öz-özlüyündə Qərb insanında böyük maraq doğurur. Məhz bu sənət əsəri sentyabrın 8-də Amerika səhnəsində ifa ediləcəkdir. Dialoqlar ingilis, ariyalar isə Azərbaycan dilində, tərcüməsi ingilis dilində subtitrlərlə təqdim olunacaqdır. Hələlik orkestr məşq edir, biz isə səbirsizliklə “Arşın mal alan”ın Los Ancelesi fəth etməsini gözləyirik.

“Arşın mal alan”ın Los Anceles premyerasına artıq bütün biletlər sifariş olunmuşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar