MƏDƏNİYYƏT


“Art Villa” qalereyasında art-seminarlar təşkil olunub

A+ A

Bakı, 22 iyul, Flora Şükürova, AZƏRTAC

Art-Ekspertlər Məktəbi və Azərbaycan-Ukrayna Gənclər Birliyi “Art Council” qeyri-hökumət təşkilatının birgə təşkilatçılığı ilə “Art Villa” qalereyasında art-seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, iki gün davam edəcək seminar qısa müddətdə Qərbi Avropa rəssamlığında dəst-xətti və üslubu seçməyə imkan verəcək.

Layihənin rəhbəri Dadaş Məmmədov bildirib ki, sayca ikinci olan “Dünya rəssamlığını necə başa düşmək” adlı art-seminar incəsənət sahəsində alternativ təhsil layihəsidir.

Qeyd olunub ki, ukraynalı mütəxəssislərin iştirakı ilə reallaşan seminarın proqramına antik, renessans, barokko, rokoko, romantizm, realizm, impressionizm, postimpressionizm, məşhur şəxsiyyətlər, rəssamlar, onların bioqrafiyası və digər məsələlər daxildir.

Seminarın məqsədi qarşılıqlı mədəni əlaqələrin inkişafına töhfə verməklə yanaşı, bu sahədə çalışan incəsənət xadimlərini bir araya gətirməkdən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.