MƏDƏNİYYƏT


“Art Villa” qalereyasında ənənəvi Dekorativ-Tətbiqi Sənət Festivalı keçiriləcək

A+ A

Bakı, 6 oktyabr, AZƏRTAC

Oktyabrın 12-dən “Art Villa” qalereyasında Dekorativ-Tətbiqi Sənət Festivalı-2016 başlanacaq. Festival Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və “Arts Council Azerbaijan” tərəfindən təşkil ediləcək. Layihənin kuratoru Səbinə Nəcəfovadır.

“Arts Council Azerbaijan” təşkilatından AZƏRTAC-a bildirilib ki, festivalda batika, qobelen, keramika, şəbəkə, zərgərlik, xalça növlərinə aid əsərlər nümayiş olunacaq. Təşkilatın bu festivalı keçirməkdə əsas məqsədi dekorativ-tətbiqi sənət növlərini təbliğ etmək, gənc nəsildə maraq yaradaraq bu milli sənət növlərinin inkişafına kömək etmək, yaradıcı insanları aşkar etmək, Azərbaycan sənətkarlarını tanımaq və tanıtdırmaqdır. Festival adət-ənənələri qorumaq, gənclərin əl işlərini nümayiş etmək üçün böyük imkan yaradır.

Oktyabrın 16-dək davam edəcək festival ölkənin dekorativ-tətbiqi sənət aləmində ənənəvi və bayram xarakteri daşıyır. Giriş pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.