DÜNYA


Artıq fərdi kompüterlərdə “Telegram” servisi vasitəsilə səsli ünsiyyət mümkündür

Bakı, 17 may, AZƏRTAC

2013-cü ildə “VKontakte” sosial şəbəkəsinin qurucusu Pavel Durov “iOS” platformasında işləyən “Telegram” messencerini istifadəyə verib. 4 il müddətində servis bütün platformalarda əlçatan olub və istifadəçilərin rəğbətini qazanıb. Vaxt keçdikcə tərtibatçılar yeni funksiyalar əlavə etməklə messencerin imkanlarını genişləndiriblər. Bu günlərdə servisin fərdi kompüter versiyasında ən mühüm yeniliklərdən biri həyata keçirilib.

AZƏRTAC “4pda.ru” saytına istinadən bildirir ki, bu yaxınlarda “Telegram” messenceri “VoIP” zəngləri (başqa istifadəçilərə səsli zənglər etmək imkanı) dəstəkləməyə başlayıb. Son yeniləmə nəticəsində xidmətin fərdi kompüter versiyasında da sözügedən funksiya istifadəyə verilib. Beləliklə, “Telegram” servisi “Skype” xidmətinin rəqibinə çevrilməkdədir.

Tərtibatçılar əmin edirlər ki, fərdi kompüterlər üçün son yeniləmə kompüter təlimi texnologiyasına əsaslanır, buna görə vaxt keçdikcə rabitə və səsin ötürülməsi keyfiyyəti daha da yaxşılaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.