Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Artıq sirroz sağala bilən xəstəlik kimi qəbul olunur

Artıq sirroz sağala bilən xəstəlik kimi qəbul olunur

Bakı, 22 iyun, AZƏRTAC

Qaraciyər xəstəlikləri arasında ən geniş yayılanı və insanlarda narahatlıq doğuranı sirrozdur. Əhali arasında belə bir fikir formalaşıb ki, sirroz müalicəsi olmayan və ölümlə nəticələnən bir xəstəlikdir. Halbuki peşəkar həkimlər artıq sirrozdan qorxmamağı məsləhət görürlər. Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasının I cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvi, professor Nuru Bayramovun müsahibəsi məhz bu xəstəliklə bağlıdır.

AZƏRTAC ATU-nun mətbuat xidmətinə istinadla həmin müsahibəni təqdim edir.

-Sirroz qaraciyərin son dövr xəstəliyidir. El arasında buna “bərkimə” də deyirlər. Tibbi dildə isə “normal qaraciyər toxumasının fibroz və ya birləşdirici toxuma ilə əvəz olunması” adlandırılır. Normal toxuma sıradan çıxır, onun yerini birləşdirici, sərt toxuma alır. Beləliklə, iki proses baş verir. Bir tərəfdən qaraciyərin öz toxuması azaldığı üçün bu orqan funksiyasını yetərincə yerinə yetirə bilmir, digər tərəfdən isə bərkidiyi üçün damarlar da sıxılır. Nəticədə mədə-bağırsaq sisteminin qan axınında durğunluq yaranır ki, buna da portal hipertenziya deyilir. Portal hipertenziya özünü qarına su yığılması, damar genişlənməsi, dalağın böyüməsi ilə göstərir. Qaraciyərin əksər xroniki uzun sürən xəstəlikləri sirroza gətirib çıxara bilər. Ona görə də bir xəstədə sirroz varsa, həm sirrozun səbəbini, həm də onun ağırlıq dərəcəsini tapmaq lazımdır.

- Sirroz xəstəliyi sağala bilərmi?

-Təxminən 10 il bundan əvvəl bütün dünya, təbabət bu suala “yox” cavabı verirdi. Hamı əminliklə deyirdi ki, sirroz sağala bilməz. Amma son illərin təcrübəsi göstərir ki, erkən mərhələdə olan sirrozlarda xəstəliyi törədən səbəblər aradan qaldırılsa, xəstəlik müəyyən qədər geriyə dönə bilər, ən azından olduğu mərhələdə dayanar. Artıq sirrozu, xüsusilə də erkən mərhələsində sağala bilən xəstəlik kimi qəbul etməyə başlamışıq.

- Sirroz erkən aşkarlanmayıbsa, yaxud səbəbi bəlli deyilsə, onda hansı müalicə aparmaq lazımdır?

- Hazırda ən effektiv müalicə qaraciyərin dəyişdirilməsindən ibarətdir. Əksər hallarda sirroz geriyə dönə bilmir, ağır qaraciyər çatışmazlığına, portal hipertenziyanın ağırlaşmasına gətirib çıxarır. Ona görə xəstəyə diaqnoz qoyulubsa, onda o, böyük ehtimalla qaraciyər transplantasiyasına namizəd olur. Bu, o demək deyil ki, biz sirrozlu xəstələrin hamısını transplantasiya etməliyik. Bunun da mərhələsi və zamanı var. Erkən mərhələdəki sirrozlarda transplantasiyaya ehtiyac yoxdur. Çünki sirrotik qaraciyər əksər hallarda 8-15 il rahatlıqla xəstənin normal yaşamını təmin edə bilər. Ağırlaşmanın ilk əlaməti ortaya çıxarsa, onda transplantasiya gündəmə gəlir. Biz gözləmirik ki, sirrozlu xəstənin vəziyyəti ağırlaşsın və bundan sonra onu əməliyyat edək. Sirrozlu xəstənin hepatoloji mərkəzdə daimi nəzarətdə olması məsləhətdir. Vəziyyətdən asılı olaraq belə xəstələr heç olmasa ildə bir dəfə yoxlanılmalıdırlar. Cərrahiyyənin bir qanunu var. Əməliyyata yaxşı vəziyyətdə gedən xəstə yaxşı çıxar. Ona görə vaxtında transplantasiya etmək lazımdır.

- Müasir dövrdə hansı orqanların köçürülməsi daha aktualdır?

-Bu gün bir çox orqanlar uğurlu şəkildə köçürülməkdədir. Bunlarda birincisi böyrək, ikincisi isə qaraciyərdir. Daha sonra klinikalardan asılı olaraq digər orqanların köçürülməsi də yerinə yetirilir. Bəzi orqanlar var ki, onlardan uşaqlıq, beyin hüceyrəsi, sinir toxumasının köçürülməsi və s. ilkin mərhələdədir. Bunlar hələlik geniş tətbiq olunmayıb. Son illərdə kompozit toxuma köçürmələri, yəni ətrafların, əlin, ayağın, üzün köçürülmələri geniş yayılıb. Belə halda dəri, əzələ, lazım gələrsə sümük də bərabər şəkildə köçürülür. Son illərdə mikrocərrahiyyənin inkişafı ilə əlaqədar bu da gündəmə gəlir və tətbiq olunmaqdadır. Həmçinin klassik olaraq gözün buynuz qişasının köçürülməsi prosesi var ki, xüsusən beyin ölümü donorlarının tətbiq edildiyi ölkələrdə uğurla həyata keçirilir.

-Orqan transplantasiyası keçirən xəstələr əməliyyatdan sonra daha çox nələrə diqqət etməlidirlər?

-Xəstənin birinci diqqət edəcəyi məsələ dərmanlarının vaxtında qəbuludur. Orqan köçürülməsi zamanı köçürülən orqanın bədəndə adaptasiyasının təmin olunması, yaxud orqanizmin onu rədd etməsinin qarşısını almaq üçün immunosupresiv dərmanlardan istifadə olunur. Əksər xəstələrin ömür boyu bu dərmanları qəbul etmələri lazım gəlir. Belə xəstələr mütləq nəzarətdə olmalıdırlar. Bəzi hallarda nəzarətdən yayınsa, problem ortaya çıxa bilər. Digər diqqət olunmalı məqam isə həyat tərzidir. Əksər hallarda transplantasiya olmuş xəstələrin həyat tərzi normal insanlardan fərqlənmir. Bu xəstələr 6 aydan 1 ilədək müddətdə tam adaptasiya olduqdan sonra rahatlıqla əvvəlki normal iş rejimlərinə qayıda bilərlər. Ancaq onlar orqanizmi zədələyə biləcək, orqanizmə mənfi təsir göstərə biləcək halların qarşısını almalıdırlar. Çünki infeksiyalara qarşı çox həssas olurlar. Həm də onların qəbul etdikləri immunosupresiv dərmanların özləri infeksiyadan başqa, kardiovaskulyar xəstəliklərin, o cümlədən diabetin əmələ gəlməsinə səbəb ola bilir. Bunu nəzərə alaraq, xəstələr qidalanmalarından tutmuş fiziki aktivliklərinə qədər hər bir şeyə diqqət etməlidirlər. İnfeksiyadan qorunmanın birinci yolu əlləri yumaqdır. Bundan başqa, fiziki aktivlikdən geri qalmamalı, gün ərzində açıq havada ən az bir saat gəzməlidirlər. Dərman qəbul edən xəstələr günəş işığına qarşı çox həssas olurlar. Ona görə də günəş işığının təsirindən uzaq qalsınlar və bu kimi şeylərə diqqət etsinlər.

-Orqan bağışlamaq üçün yaş həddi varmı?

-Qanunvericiliyə görə 18 yaşından yuxarı sağlam bir şəxs könüllülük əsasında donor ola bilər. Nə bizdə, nə də başqa bir yerdə könüllü orqan bağışlamağın yuxarı yaş həddi yoxdur. Beyin ölümü keçirən xəstələrin qərarını isə ailələri verir. Burada isə yaş həddi yoxdur. Bir meyar var ki, o da donorun sağlam olmasıdır. Çünki donor sağlam olmazsa, donorun özündə olan hər hansı bir xəstəlik köçürülənə keçə bilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ankarada Türk dövlətlərinin kosmik texnologiyalar sahəsində əməkdaşlığı müzakirə edilir

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universitetinin nümayəndə heyəti UNEC-də olub

Mirhəsən Həsənov: Metsamor Atom Elektrik Stansiyası region dövlətləri üçün böyük təhlükə mənbəyidir

BANM-də beynəlxalq elmi konfransların açılışı olub

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilir

“Könüllülərə yol açırıq” - satış sərgisi

Artan dövlət borcu yükü Afrikanı yol ayrıcında qoyur - UNECA

Famil Ağayev: Bəlkə də mövsüm ərzində "Azərreyl"ə qalib gəlməyimiz bizi arxayınlaşdırdı

COP29 Azərbaycanın malik olduğu imkanların təqdimatı olacaq ŞƏRH

Azərbaycanda vergiödəyicilərinin sayı 7 faizdən çox artıb

Musiqili Teatr özbək yazıçısının komediyasını təqdim edəcək

Moskva məhkəməsi Rusiya müdafiə nazirinin müavinini həbs edib

Başqırdıstan istehsal etmədiyi məhsulları Azərbaycandan idxal etmək istəyir

Fövqəladə Hallar Nazirliyi avtonəqliyyat vasitələrində yanğınlarla bağlı əhaliyə müraciət edib

Aprelin 25-də hava əsasən yağmursuz keçəcək

Beynəlxalq təşkilat Fransanı nümayiş hüququnu məhdudlaşdırmaqda günahlandırır

Yaponiya arxeoloqları Romada imperator Avqustun sarayını aşkar ediblər

Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başlayıb YENİLƏNƏCƏK

Ekoloji təhlükəsizliyin milli və beynəlxalq hüquqi təminatı - elmi-praktik konfrans

Danimarkada Makedoniyalı İsgəndərin təsviri olan qədim bəzək əşyası aşkarlanıb

Qırğızıstan Prezidenti Sadır Japarovun rəsmi qarşılanma mərasimi olub

Şahmat üzrə Azərbaycan çempionatında ikinci finalçı bəlli olub

İsveç səfiri “Avroviziya-2024” təmsilçilərimizlə görüşüb

Aprelin 24-dən 30-dək Ümumdünya İmmunlaşdırma Həftəsi keçirilir

Avropa Parlamenti Balkanlarda ofis açmağı planlaşdırır

Milli Kitabxana “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi hazırlayıb

İşğaldan azad edilən ərazilərimizdə ilk dəfə peşə yarmarkası keçiriləcək

Faktiki hava: Ötən gün Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

“Azərbaycanın müasir müdafiə sənayesi” - BMU-da tələbələrlə görüş

Beynəlxalq forumun iştirakçılarının işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb VİDEO

Filippində istidən altı nəfər ölüb

Birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib

ASAN könüllülərinin “Qarabağ” mədəniyyət sərgisi keçirilib

KOBİA sədri: Başqırdıstan iş adamlarına tenderlərdə iştirak etməsi üçün imkan yarada bilərik

“Azərreyl”in amerikalı voleybolçusu: Çempionluğa layiq idik

“AzerGold”da keniyalı iş adamları ilə görüş keçirilib

Qazaxıstanda daşqınlar səbəbindən 8,5 min insan təxliyə məntəqələrində qalır

Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Havaya normadan artıq tullantı atan restoranların səlahiyyətli nümayəndələri barədə akt və protokol tərtib olunub

Fukuşima AES-dən suyun okeana axıdılması dayandırılıb

BMT-nin Baş katibi: Bəşəriyyət iqlim dəyişikliyi ilə mübarizədə daha sıx birləşməlidir

Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir

AMEA-da yeni şöbələr yaradılıb

Azərbaycan Kuboku: Bu gün finalçılar məlum olacaq

Dövlət Yol Polis əməkdaşları vətəndaşları yol hərəkəti qaydaları haqqında məlumatlandırıb

Azərbaycanda COVID-19 və qripə qarşı vaksinasiyanın səmərəliliyinin dəyərləndirilməsi üzrə aparılan tədqiqat yekunlaşıb

“Sumqayıt” klubunun baş məşqçisi “Barselona”nın düşərgəsinə yollanıb

Dünya birjalarında neft bahalaşıb

İlkin səhiyyə xidməti təkmilləşdirilir

Aprelin 23-də 19,2 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

DİN: Ötən gün Xankəndidə silah-sursat aşkarlanıb

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

“Deloitte” Azərbaycanda fəaliyyətini genişləndirir

Yevgeni Mixaylov: Cənubi Qafqazın təhlükəsizliyi Azərbaycanın və Rusiyanın diqqət mərkəzindədir – ŞƏRH

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Azərbaycan nefti bahalaşıb

Bakıda Qırğız kino günlərinin açılışı olub

Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirilib

Çin “Şencou-18” kosmik missiyasını orbitə göndərməyə hazırlaşır

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Kürdəmirdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb

Təzadlı obrazlar ustası

Panama sahillərində zəlzələ qeydə alınıb

Şimali Koreya nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib

Hindistan 250 kilometr mənzilli ballistik raketi sınaqdan keçirib

Professor Merab Kiladze: Gürcüstan və Azərbaycan həkimləri tibbin bütün sahələrində uğurlu əməkdaşlıq edirlər

“Diaspor Akademiyası” layihəsi çərçivəsində səkkizinci təlim keçirilib

Varşava Azərbaycan Evində karyera təlimləri davam edir

BEA: Elektromobillərin qlobal satışları 2024-cü ildə rekord həddə çatıb

ABŞ Dövlət katibi Çində Rusiya ilə bağlı mövzuları da müzakirə edəcək

Səfir Nazim Səmədov etimadnamələrini Qambiya Prezidentinə təqdim edib

Tədqiqat: Zərərli qidaların niyə xərçəngə səbəb olduğu məlum olub

Bayden ABŞ-ın yeganə dünya lideri olduğunu söyləyib

“Yuventus” İtaliya Kubokunun finalına yüksəlib

Premyer Liqa: “Arsenal” London derbisində “Çelsi”ni darmadağın edib

Senat ABŞ-ın Ukraynaya hərbi yardımını təsdiqləyib

Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri COP29-da iştiraka dəvət olunub

“COP29 və Azərbaycan üçün Yaşıl Baxış” forumu Gürcüstan mətbuatının diqqət mərkəzində olub

Milanda gecə saatlarında pizza və dondurma yemək qadağan olunacaq

İNALCO: Türk Mədəniyyəti və Dilləri Günündə Azərbaycan mədəniyyəti təqdim olunub VİDEO

Ukrayna mülki aviasiyanın modernləşdirilməsinə dair sazişi ləğv edib

Rusiya müdafiə nazirinin müavini saxlanılıb

Nikol Paşinyan: Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənarda heç bir ambisiyası yoxdur

Dövlət Departamenti: ABŞ Rusiyanın enerji sektoruna qarşı sanksiyaları davam etdirəcək

Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının məlumatı

Rusiya XİN Bakı və İrəvan arasında sülh müqaviləsinin razılaşdırılmasının zəruri olduğunu bildirib

Bolat Nurqaliyev: Sülh prosesi başlayandan sonra Azərbaycan dünya səviyyəsində əhəmiyyətli dərəcədə yüksəlib VİDEO

Rusiya Prezidenti son 12 ildə BAM-ın gücünün üç dəfə artdığını açıqlayıb

Milli Məclisin növbəti plenar iclasında 18 məsələ müzakirə olunub

Ombudsman britaniyalı müəllifin təşəbbüsü ilə hazırlanan kitab üçün müsahibə verib

İmişlidə “Mercedes” marketə çırpılıb, yeniyetmə son anda qəzadan xilas olub: anbaan görüntülər VİDEO

AMB sədrinin rəhbərliyi ilə Azərbaycanın Bankçılıq Missiyası ABŞ-da işgüzar səfərdədir

Xankəndi şəhərində tapdığı silah-sursatları polisə təhvil verməyən şəxs saxlanılıb

"Azərreyl"in kapitanı: Xoşbəxtəm ki, əziyyətimizin bəhrəsini gördük

Azərbaycan Prezidentinin Rusiya səfəri iki ölkə arasında əməkdaşlıq baxımından tarixi önəm daşıyır ŞƏRH

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat yığıncağı keçirilib

Azərbaycan Afrika və Yaxın Şərqin ən böyük kənd təsərrüfatı sərgilərindən birində təmsil olunur

SOCAR-ın prezidenti Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

Azərbaycan və İspaniya iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsini müzakirə edib