ELM VƏ TEXNOLOGİYA


“Ərtoğrol Cavidin Üzeyir Hacıbəyliyə həsr etdiyi 9 variasiya” monoqrafiyası rus dilində nəşrə hazırlanır

A+ A

Bakı, 24 noyabr, AZƏRTAC

“Ərtoğrol Cavidin Üzeyir Hacıbəyliyə həsr etdiyi 9 variasiya” monoqrafiyası rus dilində nəşrə hazırlanır.

Azərbaycan Milli Elmlər Akademiyasının Hüseyn Cavidin Ev Muzeyindən AZƏRTAC-a bildiriblər ki, monoqrafiyanın müəllifi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Adilə Mayılova, elmi məsləhətçisi muzeyin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlıdır.

Qeyd edək ki, görkəmli şair və dramaturq Hüseyn Cavidin oğlu, istedadlı bəstəkar Ərtoğrol Cavid müəllimi, dahi sənətkar Üzeyir Hacıbəyliyə həsr etdiyi variasiyanı 1942-ci ilin əvvəllərində tamamlayıb. Əsərin əlyazması Hüseyn Cavidin Ev Muzeyinin fondunda saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.