ELM VƏ TƏHSİL


Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol “Şərq” Universiteti arasında memorandum imzalanıb

Bakı, 9 iyun, AZƏRTAC 

İyunun 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ilə İtaliyanın Neapol “Şərq” Universiteti arasında beş il müddətinə arxeologiya sahəsində birgə tədqiqat və təhsil əməkdaşlığı haqqında anlaşma memorandumu imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, memorandumun şərtlərinə əsasən, birgə arxeoloji tədqiqatların təşkili, arxeologiya ilə əlaqəli interdisiplinar (fənlərarası) sahədə, arxeozoologiya, arxeobotanika, kimya, coğrafi informasiya sistemləri elmləri ilə bağlı və müasir arxeologiyanın standartlarına uyğun digər qarşılıqlı fəaliyyəti şərtləndirən müddəalar daxildir.

Sənədi Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimova və Neapol “Şərq” Universitetinin Asiya, Afrika və Aralıq dənizi hövzəsi departamentinin İran arxeologiyası və incəsənət tarixi bölməsinin rəhbəri, professor Bruno Cenito imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.