ELM VƏ TEXNOLOGİYA


Arxeologiya və Etnoqrafiya İnstitutunda fransalı alimlərin iştirakı ilə yay məktəbi başa çatıb

A+ A

Bakı, 20 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda gənc mütəxəssislərin kadr hazırlığını gücləndirmək məqsədilə 10 günlük yay məktəbi layihəsi başa çatıb.

Layihənin əsas təşəbbüskarları və təşkilatçıları Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinın arxeologiya üzrə professoru Bertil Lionet və Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri Fərhad Quliyevdir.

AZƏRTAC xəbər verir ki, yay məktəbində antropologiya, paleobotanika ixtisasları və qazıntı metodikaları üzrə ingilis və fransız dillərində seminarlar keçirilib.

Seminarları antropologiya ixtisası üzrə Avrora Lambert, paleobotanika ixtisası üzrə Aleksiya Desai, qazıntı metodikası və arxeoloji tədqiqat üzrə Bertil Lionet aparıblar.

Qeyd edək ki, yay məktəbinə institutun magistratura pilləsində və Türkiyə Respublikasında arxeologiya və antropologiya ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələr də cəlb olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.