ELM VƏ TEXNOLOGİYA


Arxeologiya və Etnoqrafiya İnstitutunda fransalı alimlərin iştirakı ilə yay məktəbi təşkil olunub

A+ A

Bakı, 7 sentyabr, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunda gənc mütəxəssislərin kadr hazırlığını gücləndirmək məqsədilə 10 günlük yay məktəbi layihəsi təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, layihənin əsas təşəbbüskarları və təşkilatçıları Fransanın Milli Elmi Araşdırmalar Mərkəzinın arxeologiya üzrə professoru Bertil Lionet və institutun şöbə müdiri Fərhad Quliyevdir.

Yay məktəbində antropologiya, paleobotanika ixtisasları və qazıntı metodikaları üzrə ingilis və fransız dillərində seminarlar tədris olunur. Seminarları antropologiya ixtisası üzrə Avrora Lambert, paleobotanika ixtisası üzrə Aleksiya Desai, qazıntı metodikası və arxeoloji tədqiqat üzrə isə professor Bertil Lionet kimi alimlər aparırlar.

Yay məktəbinə institutun magistratura pilləsində və Türkiyədə arxeologiya və antropologiya ixtisası üzrə təhsil alan azərbaycanlı tələbələr də cəlb olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.