ELM VƏ TƏHSİL


Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı beynəlxalq müsabiqənin münsiflər heyətinə üzv seçilib

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Arxeologiya və Etnoqrafiya İnstitutunun numizmatika şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Quliyev Moskvada keçirilən XI Beynəlxalq Xatirə Sikkələri “Monetnaya sozvezdiye-2017” müsabiqəsinin münsiflər heyətinin üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, münsiflər heyətində dünyanın 18 ölkəsinin muzey və auksion evlərinin ekspertləri, sənətşünaslar, bankların, beynəlxalq təşkilatların və zərbxanaların nümayəndələri, numizmat alimlər, kolleksionerlər, elmi jurnalların redaktorları və rəssam-dizaynerlər təmsil olunurlar.

Bu il beynəlxalq müsabiqəyə bir çox ölkələrin milli bankları və zərbxanalarının istehsalı olan 50 ədəd qızıl və gümüş sikkə təqdim edilib.

Münsiflər heyəti iyulun 15-də 8 nominasiya üzrə ilin ən yaxşı sikkəsini seçəcək.

Qeyd edək ki, müsabiqə 2007-ci ildən hər il Moskvada keçirilir və ilk dəfədir ki, Azərbaycandan bu müsabiqəyə ekspert qatılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.