DÜNYA
Arxeoloqlar Dağıstanda VIII əsrə aid nadir ərəb sikkəsi aşkar ediblər
Bakı, 21 noyabr, AZƏRTAC
Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin arxeoloqları Dərbənddə qazıntılar zamanı VIII əsrə aid nadir ərəb sikkəsi tapıblar.
AZƏRTAC “TASS”a istinadla xəbər verir ki, bu barədə mərkəzin sədr əvəzi Murtuzəli Hacıyev məlumat verib.
“Misdən hazırlanmış sikkə alimlərə həmin vaxt şəhərdə fəaliyyət göstərmiş sikkəxana haqqında daha çox məlumat əldə etmələrinə imkan verəcək. Belə nadir tapıntıları barmaqla saymaq olar”, - deyə M.Hacıyev qeyd edib.
Tədqiqatçılar müəyyən ediblər ki, sikkə bizim eranın 743-744-cü illərində Dərbənddə zərb edilib. Bu da onu göstərir ki, şəhərdə zərbxana fəaliyyət göstərib, bu tapıntı da onun mövcudluğunun vaxtı haqqında yeni məlumatlar verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [19:04]
Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]