DÜNYA


Arxeoloqlar Moskvada ən qədim yazı nümunələri tapıblar

A+ A

Bakı, 3 avqust, AZƏRTAC

Kreml ərazisində aparılan qazıntı işləri zamanı XII əsrin sonu XIII əsrin əvvəllərinə aid olan yazı nümunələri tapılıb.

AZƏRTAC www.archaeolog.ru saytına istinadla xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutundan verilən məlumata görə, yazı daş qəlibdə olan təxminən 15 hərfdən ibarətdir. Bu qəliblər metal əşyaların hazırlanması üçün istifadə olunub. Hərflərdən dördü "РИЯН" kimi oxunur, ümumilikdə isə yazını tam başa düşmək çətindir. Alimlərin fikrincə, qəlibi istifadə edən usta hərflərlə öz adını ora həkk etmək istəyib.

REA-nın Arxeologiya İnstitutunda qazıntı işlərinin nəticələrinin ilk dəfə olaraq erkən Moskvanın həyatını dəqiqliklə araşdırmağa kömək edəcəyini təxmin edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.