ELM VƏ TƏHSİL


Arxeoloqlar kurqanda qazıntılar zamanı 3 min yaşı olan qadın heykəli tapıblar

Bakı, 12 avqust, AZƏRTAC

Kanadanın Toronto Universitetinin arxeoloqları Türkiyədə kurqanda qazıntılar zamanı qədim qadın heykəli tapıblar. AZƏRTAC runews24.ru istinadla xəbər verir ki, bu barədə universitetin rəsmi saytında bildirilir.

Qədim heykəl Türkiyənin cənub-şərqində kurqanlarda aparılan qazıntılar zamanı aşkarlanıb. Alimlərin fikrincə, heykəl hett mifologiyasına görə ya bütün allahların anasının, ya da hett çarlarından birinin arvadının təsviridir.

Daş abidə 1,1x0,7 metr ölçüdə olan bazaltdan hazırlanıb. Qadın başını və bədəninin yuxarı hissəsini təsvir edən heykəl yaxşı qalıb. Amma naməlum şəxslər onun xarici görünüşünü çox eybəcər hala salıblar.

İlkin hesablamalara görə, bu daş qadının təxminən 3 min yaşı var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.