İQTİSADİYYAT


Ərzaq məhsullarının istehsalı üzrə Azərbaycan-Əfqanıstan birgə müəssisələri yaradıla bilər

A+ A

Bakı, 18 iyul, AZƏRTAC

Ərzaq məhsullarının istehsalı üzrə Azərbaycan-Əfqanıstan birgə müəssisələri yaradıla bilər.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Əfqanıstanın Azərbaycandakı səfiri Mohammad Taqi Xalili ilə keçirdiyi görüşündə söhbət açılıb. Görüşdə Azərbaycan və Əfqanıstan arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin bu yaxınlarda Polşada keçirilən NATO Sammiti çərçivəsində Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşdüyünü, Əfqanıstanla bağlı sessiyada iştirak etdiyini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan və Əfqanıstan arasında nəqliyyat, logistika, kənd təsərrüfatı, ticarət və digər sahələr üzrə geniş əməkdaşlıq potensialının olduğu qeyd edilib. Ərzaq məhsullarının istehsalı üzrə birgə müəssisələrin yaradılması, Əfqanıstanda sement zavodunun tikintisi və birgə pambıq istehsalının təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan hökumətinin Əfqanıstana göstərdiyi dəstək və yardımlara görə minnətdarlığını bildirən səfir Mohammad Taqi Xalili ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb. Səfir iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı istiqamətləri barədə fikirlərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.