REGİONLAR


Aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən treninqlər başa çatıb

A+ A

Ağsu, 10 sentyabr, AZƏRTAC

87 saylı Ağsu-İsmayıllı seçki dairəsində Mərkəzi Seçki Komissiyasının qrafikinə uyğun olaraq, məntəqə seçki komissiyalarının sədr və üzvləri üçün sentyabrın 6-dan başlanan maarifləndirici treninqlər başa çatıb.

Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev bununla bağlı AZƏRTAC-ın müxbirinə bildirib ki, treninqlərdə dairənin əhatə etdiyi 62 məntəqənin sədr və üzvləri, ümumilikdə, 372 nəfər iştirak edib.

Maarifləndirici treninqlərdə əsas diqqət referendum günü seçki hərəkətlərinin Seçki Məcəlləsinə uyğun, dəqiqliklə yerinə yetirilməsi məsələlərinə yönəldilib. Belə ki, protokolların doldurulmasından tutmuş bütün prosedurlar məntəqə sədrləri və üzvləri üçün hərtərəfli izah edilib, nümunələr videoçarx vasitəsilə əyani şəkildə göstərilib.

A.Dursunəliyev Azərbaycan Respublikasının Konstitusiyasında əlavə və dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsinin dairənin əhatə etdiyi məntəqələrdə Seçki Məcəlləsinə uyğun olaraq azad, demokratik və şəffaf keçirilməsi üçün bütün zəruri tədbirlərin görüldüyünü bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.