İQTİSADİYYAT
Asan İmza ilə “Unibank”ın xidmətləri telefonunuzda
Bakı, 1 may, AZƏRTAC
“Unibank” müştəriləri indi banka gəlmədən bütün bank xidmətlərindən istifadəyə imkan verən “Unibank Mobile”yə Asan İmza ilə qoşula bilərlər.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, müştərilər telefonlarına “Unibank”ın mobil bankinq xidmətini – “Unibank Mobile”ni yükləyərək (http://onelink.to/ffdbwf ) və Asan İmza ilə qeydiyyatdan keçərək bütün bank hesablarından istədikləri vaxt məlumat əldə etmək imkanı qazanacaqlar.
Asan İmza (Mobil imza) elektron xidmətlərə daxil olarkən və sənədləri elektron imza ilə imzalayan zaman kimliyi təsdiqləmək üçün müştərinin mobil identifikasiyasıdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.
Müştərilər “Unibank Mobile”nin köməyi ilə bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapa, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tuta bilərlər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az https://twitter.com/unibank ) əldə etmək olar.