İQTİSADİYYAT


Əsas kapitala 10 milyard manatdan çox vəsait yönəldilib

A+ A

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında əsas kapitala 10 milyard 268,7 milyon manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, istifadə olunmuş vəsaitin 8 milyard 236,9 milyon manatı və ya 80,2 faizi məhsul istehsalı obyektlərinin, 1 milyard 591,5 milyon manatı (15,5 faizi) xidmət sahələri üzrə obyektlərin, 440,3 milyon manatı (4,3 faizi) isə ümumi sahəsi 1 milyon 205,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 17,6 milyon manatını və ya 39,1 faizini daxili vəsaitlər təşkil edib.

Əsas kapitala yönəldilmiş vəsaitin 7 milyard 313 milyon manatı və ya 71,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.