İQTİSADİYYAT
Əsas kapitala qoyulmuş vəsaitin 14,2 faizi tikintiyə yönəldilib
Bakı, 21 mart, AZƏRTAC
2017-ci ilin yanvar-fevral aylarında əsas kapitala qoyulmuş ümumi vəsaitin 76,7 faizi sənayeyə, 14,2 faizi tikintiyə, 2,7 faizi informasiya və rabitəyə, 4,2 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılığa yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, həmin dövr ərzində əsas kapitala yönəldilmiş ümumi vəsait istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, hər birində 0,1 faiz olmaqla ticarət, peşə, elmi və texniki fəaliyyət, təhsil, inzibati və yardımçı xidmətlərin göstərilməsi sahələrinə sərf edilib.
Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 1 milyard 616,2 milyon manat, bank kreditləri 238,7 milyon manat, büdcə vəsaitləri 167,9 milyon manat, büdcədənkənar fondların vəsaitləri 13,4 milyon manat, əhalinin şəxsi vəsaitləri 56,7 milyon manat, digər vəsaitlər 0,8 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]