İQTİSADİYYAT


Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,8 faizi sənayeyə sərf edilib

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Ötən səkkiz ayda əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 6 milyard 547,1 milyon manat, bank kreditləri 884,4 milyon manat, büdcə vəsaitləri 1 milyard 150,7 milyon manat, büdcədənkənar fondların vəsaitləri 97,7 milyon manat, əhalinin şəxsi vəsaitləri 294,6 milyon manat, sair vəsaitlər 24,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-avqust aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 67,8 faizi sənayeyə, 15,6 faizi tikinti, 8,7 faizi nəqliyyat və anbar təsərrüfatı sahələrinə, 1,8 faizi dövlət idarəetməsi və müdafiə, icbari sosial təminat, 1,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1 faizi təhsilə, 0,9 faizi informasiya və rabitəyə, 0,8 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsinə, 0,7 faizi səhiyyə, 0,6 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyətə, 0,3 faizi ticarət, hər birində 0,1 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, peşə, elmi və texniki fəaliyyət və digər sahələrdə xidmətlərin göstərilməsinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.