İQTİSADİYYAT
Əsas kapitala yönəldilmiş vəsaitin 70,4 faizini daxili investisiyalar təşkil edir
Bakı, 18 sentyabr (AZƏRTAC). Yanvar-avqust aylarında ölkədə inşaat işlərinin aparılması üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10 milyard 445,3 milyon manatlıq, yaxud 2013-cü ilin müvafiq dövründəkindən 0,5 faiz çox vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, əsas kapitala cəlb olunmuş vəsaitin 7 milyard 635,5 milyon manatından tikinti-quraşdırma işlərində istifadə olunub. Bu vəsaitin 67,5 faizi və ya 7 milyard 45,5 milyon manatı məhsul istehsalı obyektlərinin tikintisinə sərf edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin 7,3 milyard manatını və ya 70,4 faizini daxili investisiyalar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]
Yanvar-iyulda bir sıra mühüm obyektlər istifadəyə verilib
AMEA-da yeni şöbələr yaradılıb
- [10:44]
Azərbaycan nefti bahalaşıb
- [09:39]
Təzadlı obrazlar ustası
- [08:00]