İQTİSADİYYAT
Əsassız qiymət artımına görə daha iki market cəzalandırılıb
Bakı, 2 mart, AZƏRTAC
İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan yoxlamalar zamanı bəzi ticarət obyektlərində qanun pozuntuları aşkarlanıb.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən Xətai rayonunun R.Bağırov küçəsi, ev 36, mənzil 5 ünvanında İradə Ağayevaya məxsus “Ümid” marketdə və Nərimanov rayonunun F.Yusifov küçəsi, ev 43, mənzil 17 ünvanında Nazim Sadıqova məxsus “Çinar” marketdə aparılan yoxlamalar zamanı satışda olan malların yarlığında göstərilən qiymətlərlə, həmin malların nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla əsassız qiymət artımına yol verildiyi aşkarlanıb, bununla da istehlakçıların qiymətdə aldadıldığı müəyyən edilib.
Əsassız qiymət artımına yol vermiş şəxslər barədə qanunvericiliyə uyğun ciddi tədbirlər görülüb.