REGİONLAR
Əsgər valideynləri hərbi hissələrdə yaradılan şəraitdən razı qalıblar
Tərtər, 30 dekabr, AZƏRTAC
Dekabrın 30-da Tərtər rayonu ərazisindəki hərbi hissələrdə keçirilən “Açıq qapı” günündə əsgər valideynləri və yaxınları ilə yanaşı, rayon icra hakimiyyətinin nümayəndələri, müharibə veteranları, şəhid ailələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, məktəblilər də iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, qonaqlar hərbi hissələrdə əsgərlərin xidmət və məişət şəraiti ilə yaxından tanış olub, inzibati binalara, əsgər yataqxanalarına, yeməkxanalara baş çəkiblər.
“Açıq qapı” günündə çıxış edənlər hərbi qulluqçuları və əsgər valideynlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib, ölkəmizdə həyata keçirilən ordu quruculuğundan danışıblar.
Əsgər valideynləri hərbi hissələrdə yaradılan şəraitdən razı qaldıqlarını bildirib, silahlı qüvvələrimizə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Hərbi hissələrdə rayonun musiqi kollektivlərinin təqdim etdiyi rəngarəng konsert proqramları əsgər və valideynlərdə əsl bayram əhvali-ruhiyyəsi yaradıb.