REGİONLAR


Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi başa çatmaq üzrədir

A+ A

Biləsuvar, 20 iyul, Mahir Babayev, AZƏRTAC

Dövlətimizin başçısının Sərəncamı ilə Biləsuvar rayonunda inşa olunan Əsgərabad-Muğan-Çaylı avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. On min nəfər əhalinin yaşadığı, 4 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi başa çatdıqdan sonra ölkənin qərb istiqamətinə hərəkət edən sürücülərin rahatlığı tam təmin ediləcək.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində tikilən avtomobil yolunun uzunluğu 6 kilometrdir. Hərəkət hissəsinin eni 9, hərəkət zolaqlarının eni 3,75, çiyinlərin eni 3, torpaq yatağının eni isə 15 metrdir. Yolun 1,68 kilometrliyində Bolqar çayı üzərində 3 aşırımlı, uzunluğu 81,3 metr olan körpü inşa edilib. Bundan başqa, 10 yerdə boru, 2 yerdə su keçidi, həmçinin 9 yerdə yol birləşməsi və biri dairəvi olmaqla, 3 yol kəsişməsi inşa edilib. Hazırda yolda son tamamlama işləri aparılır və hərəkət istiqamətini müəyyənləşdirən yol nişanları qurulur. Layihə çərçivəsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədilə zəruri olan yerlərdə 30 işıq, 186 ədəd yol təhlükəsizliyi dirəyi, 94 ədəd müxtəlif yol nişanları quraşdırılıb.

Yol yaxın günlərdə istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.