SİYASƏT


Asiba Viüede Akakpo: Konqresdə iştirakımız bizə çoxlu təcrübə qazandırdı

A+ A

Bakı, 19 noyabr, AZƏRTAC

Bakı Konqresində çox əhəmiyyətli məsələlər müzakirə olundu. Bizim kimi kiçik agentliklər belə böyük konqreslərdə iştirak etməklə təcrübə qazanır və bunu öz fəaliyyətlərində tətbiq edirlər.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresinin iştirakçısı Toqonun “ATOP” agentliyinin baş direktoru Asiba Viüede Akakpo deyib.

İnformasiya-kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyini söyləyən baş direktor bildirib ki, Afrika ölkələrinin agentlikləri texniki baxımdan yetərincə təchiz olunmayıblar. Buna görə də informasiyaları oxucuya fotolar və yazılı mətnlər vasitəsilə çatdırmağa çalışırlar.

Bakıda ilk dəfə olduğunu deyən qonaq burada gördüyü inkişafın ona güclü təsir bağışladığını deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.