İQTİSADİYYAT


Asif Usubəliyev: Müasir turizm sənayesinin inkişafına öz töhfələrimizi verməliyik

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi–Metodiki Mərkəzində bu günlərdə imzalanmış “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama, habelə cari ilin ikinci yarısında görülməsi nəzərdə tutulmuş işlərin müzakirəsinə həsr olunmuş iclas keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mərkəzin direktoru Asif Usubəliyev çıxış edərək müvafiq Sərəncamın əhəmiyyətindən söz açıb.

Qeyd olunub ki, Sərəncama əsasən, ölkəmizin turizm sektorunun inkişafında daha böyük nailiyyətlər əldə etməklə yanaşı, bu istiqamətdə rəqabəti artırmaq və irəliləyişi təmin etmək siyasi prioritetlərimizdən biridir. Mərkəz direktoru deyib: “Bütün potensialımızı bu istiqamətə yönəldərək yeni ideya və təkliflər təqdim etməklə müasir turizm sənayesinin inkişafına öz töhfələrimizi verməliyik. Bu sahədə birgə layihələri həyata keçirmək üçün mərkəzdə müxtəlif işçi qrupları yaradılacaq və zəruri tədbirlər görüləcək”.

Bununla yanaşı, mərkəzin ikinci yarımil üzrə iş planında nəzərdə tutulan tədbirlər də geniş müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.