MƏDƏNİYYƏT


“Aşıq Qərib” Opera və Balet Teatrının səhnəsində

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operası nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşada baş rollarda Xalq Artisti Gülyaz Məmmədova (Şahsənəm) və Əməkdar Artist İlkin Əhmədov (aşıq Qərib) çıxış edəcəklər.

Tamaşanın quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, baletmeysteri Xalq Artisti Qəmər Almaszadə, quruluşçu rəssamı Əməkdar İncəsənət Xadimi Əyyub Fətəliyev, dirijoru Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.

Səhnə əsərində digər partiyaları Əməkdar Artist Sabir Əliyev, solistlər Rafiq Abbasov, Laləzar Xəlilzadə, Səbinə Vahabzadə, İsmayıl Əkbərov və digərləri ifa edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.