MƏDƏNİYYƏT


Aşıq musiqisi Avropa musiqisinin sintezində

A+ A

Bakı, 30 noyabr, Z.Mansurova, AZƏRTAC

Azərbaycan Aşıqlar Birliyində (AAB) aşıq musiqisi ilə Avropa musiqisinin (rok, caz, pop və digər) sintezi problemlərinə həsr olunmuş nəzəri-təcrübi tədbir keçirilib.

AAB-nin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu AZƏRTAC-a bildirib ki, aşıqlar, musiqiçilərlə yanaşı, bəstəkarların və musiqişünasların da iştirak etdiyi tədbirdə qurumun sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı Azərbaycan aşıq musiqisinin Avropa musiqisi ilə sintezi imkanlarından və bu istiqamətdə görülən işlərdən danışıb.

Sonra söz musiqiyə verilib. Araz Hümbətlinin rəhbərlik etdiyi qrup və aşıqlardan Əməkdar Mədəniyyət işçiləri Samirə Əliyeva, Altay Məmmədli, Əli Tapdıqoğlunun ifalarında aşıq və xalq mahnıları dinlənilib.

Aşıqların və qrup üzvlərinin ifalarına bəstəkar və musiqişünaslar öz münasibətlərini bildiriblər.

Bu istiqamətdə axtarışların davam etdirilməsinin  vacibliyi qeyd olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.