ELM VƏ TEXNOLOGİYA


“Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və İslami dəyərlər baxımından” kitabı çapdan çıxıb

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda filologiya elmləri doktoru Mahirə Quliyevanın “Aşıq yaradıcılığı və dastanlar Şərq poetikası və İslami dəyərlər baxımından” kitabı nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, kitabın elmi məsləhətçisi professor Məhərrəm Qasımlı, redaktoru professor Qəzənfər Paşayev, rəyçiləri filologiya elmləri doktoru Nəsib Göyüşov və filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyevadır.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda klassik aşıq yaradıcılığı, dastanlar Şərq poetikası və İslami dəyərlər baxımından təhlil edilir. Aşıq şerinin ənənəvi cəhətləri fərqli yönlərdən elmi ədəbiyyatda geniş işıqlandırılsa da, bu mövzu Şərq poetikası müstəvisində ilk dəfə araşdırılır.

Əsərdə həm də Quran və İslam dəyərlərinin aşıq şerində və dastanlarda inkişafına, eyni zamanda, aşıq şerində işlədilən və bu günədək tədqiqat obyekti olmayan bir sıra nadir Şərq poetik qəliblərinin tədqiqinə diqqət göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.