MƏDƏNİYYƏT


Aşıqlarımız Xorvatiyada beynəlxalq festivalda iştirak ediblər

A+ A

Bakı, 26 iyul, AZƏRTAC

Şirvan aşıq mühitinin yetirmələri olan bir qrup aşıq Xorvatiyanın Zaqreb şəhərində artıq 50-ci dəfə keçirilən beynəlxalq folklor musiqisi festivalında ölkəmizi layıqıncə təmsil ediblər.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı AZƏRTAC-a bildirib ki, aşıqlarımız Azərbaycan mədəniyyətini, qədim tarixə malik olan aşıq sənətimizi layiqincə təmsil edərək Vətənə dönüblər. Bildirib ki, qurumun beynəlxalq məsələlər üzrə katibi, Əməkdar İncəsənət Xadimi Sənubər Bağırovanın rəhbərlik etdiyi qrupa Şirvan aşıqlarından - Ağamurad İsrafilov, Vüqar Mahmudoğlu və Əli Tapdıqoğlu daxil olub. Onları Qənimət Qədirov, Baxış Binyətov (balaban), Şöhrət Əliyev (nağara) və Şəmsi Fətəliyev müşayiət ediblər.

Zaqreb şəhərində keçirilən dördgünlük festivalda ölkəmizi layiqincə təmsil edən aşıqlarımızın çıxışı yerli tamaşaçıların böyük rəğbətini qazanıb.

Xorvatiyalılar qarşısında üç dəfə müxtəlif proqramlarla çıxış edən nümayəndə heyətinin üzvləri fəxri diploma layiq görülüblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.