İQTİSADİYYAT


Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasının ikinci iclası Cənubi Koreyada keçiriləcək

Pekin, 23 may, AZƏRTAC

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Rəhbərlər Şurasının ikinci iclası cari il iyunun 16-18-də Cənubi Koreyanın Cecu adasında keçiriləcək.

Bankın Pekindəki mənzil-qərargahından bildiriblər ki, “Davamlı infrastruktur” mövzusunda keçiriləcək növbəti illik iclasda bankın 57 təsisçi-üzvünün, habelə banka qoşulma prosesində olan ölkələrin, beynəlxalq tərəfdaş maliyyə qurumların, özəl sektorun və QHT-lərin təmsilçiləri, ümumilikdə, 1500-dən çox nümayəndə iştirak edəcək.

Asiya İnfrastruktur İnvestisiya Bankının Rəhbərlər Şurasının ilk iclası ötən ilin iyununda Pekində keçirilmişdi. Nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilən bank ali orqanı Rəhbərlər Şurasıdır. Struktur layihələrini maliyyələşdirməklə Asiya regionunun inkişafına dəstək məqsədilə yaradılan bank ötən müddətdə Azərbaycan, Pakistan, Banqladeş, Hindistan, İndoneziya, Tacikistan, Oman və Myanmaya, ümumilikdə, 13 layihəyə təxminən 2 milyard dollardan çox vəsait ayırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.