İQTİSADİYYAT


Asiya İnfrastruktur İnvestisiya Bankının üzvlərinin sayı ilin sonunda 85-ə çata bilər

Pekin, 22 may, AZƏRTAC

Azərbaycanın təsisçi-üzv olduğu Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) üzvlərinin sayı ilin sonuna 85-ə çata bilər. Bu barədə bankın prezidenti Cin Liçun Çinin Ciansu vilayətində keçirilən inkişaf sammitində çıxışı zamanı deyib.

AİİB prezidenti bankın yeni namizəd tərəflərin üzvlüklə bağlı müraciətini müsbət qarşıladığını bildirib. Cin Liçun ümidvar olduğunu bildirib ki, yaxın gələcəkdə AİİB-ə qoşulan ölkələrin sayı daha da artacaq.

Mənzil-qərargahı Pekində yerləşən bankın nizamnamə kapitalı 100 milyard ABŞ dolları məbləğində müəyyən edilib. Asiyada enerji, nəqliyyat, şəhərsalma, su təchizatı, logistika, telekommunikasiya, kənd təsərrüfatı, ətraf mühit və digər sahələr üzrə infrastruktur layihələrini maliyyələşdirməklə regionun inkişafına dəstək məqsədilə yaradılan bank ötən müddətdə Azərbaycan, Pakistan, Banqladeş, Hindistan, İndoneziya, Tacikistan, Oman və Myanmaya, ümumilikdə, 13 layihəyə təxminən 2 milyard dollardan çox vəsait ayırıb.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.