DÜNYA
Asiya İnfrastruktur İnvestisiyaları Bankına daha yeddi yeni üzv qəbul edilib
Tokio, 14 may, AZƏRTAC
Çinin aparıcı rol oynadığı Asiya İnfrastruktur İnvestisiyaları Bankı (AİİB) bildirib ki, quruma yeddi yeni üzv qəbul edilib. Hazırda onun sıralarında 77 ölkə və ərazi birləşib.
Üzvlərin sayına görə AİİB özündə 67 ölkə və ərazini birləşdirən, Yaponiya və ABŞ-ın rəhbərlik etdiyi Asiya İnkişaf Bankını ötüb.
AİİB-in prezidenti Çzin Liçyun Çili prezidenti Mişel Baçelet ilə birlikdə mayın 13-də keçirdiyi mətbuat konfransında Çili və Yunanıstan da daxil olmaqla, yeni üzvləri elan edib.
Çzin Liçyun deyib ki, Afrika, Avropa, Cənubi Amerika ölkələri də daxil olmaqla, Asiyadan yeni üzvlərin qəbulu bankın missiyasına böyük maraq olduğunu təsdiqləyir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]
Almaniyada əsgər çatışmır
- 26.04.2024 [15:44]
Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib
- 26.04.2024 [15:05]
Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər
- 26.04.2024 [14:24]
Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib
- 26.04.2024 [13:44]
CXR Sədri Si Cinpin ABŞ-ın dövlət katibi Antoni Blinkenlə görüşüb
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]