SİYASƏT
Asiya Parlament Assambleyasının komitə iclasları keçiriləcək
Bakı, 11 mart, AZƏRTAC
Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının siyasi işlər üzrə daimi komitəsinin və Asiya Parlamentinin yaradılması üzrə xüsusi komitənin iclaslarında iştirak etmək üçün martın 12-də Pakistan İslam Respublikasının paytaxtı İslamabada səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iclaslarda qurumun baş katibinin hesabatı təqdim olunacaq, qüvvədə olan bir sıra qətnamələrə düzəlişlər ediləcək, yeni qətnamə layihələrinin müzakirəsi aparılacaq.
Deputat yığıncaqlarda müzakirəyə çıxarılacaq məsələlər barədə öz fikirlərini açıqlayacaq, rəy və təkliflərini verəcək.
Səfər martın 16-da başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]