CƏMİYYƏT
Əskişəhərdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan şahmat turniri keçirilib
Əskişəhər, 12 dekabr, АZƏRTAC
Əskişəhər Azərbaycanlılar Dərnəyi və İnsan Kapitalının İnkişaf Mərkəzinin (İNDEX) birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi və şahmat turniri keçirilib. Tədbirlərdə Türkiyənin müxtəlif ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirilib.
Sonra ulu öndər Heydər Əliyevin, Azərbaycan və Türkiyə uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra ümummilli lider Heydər Əliyevin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən film nümayiş olunub.
Çıxışlarda ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və bütün Türk dünyası üçün əhəmiyyətli olan tarixi fəaliyyətindən danışılıb.
Sonda şahmat turnirinin qalibləri mükafatlandırılıb.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Əskişəhər