MƏDƏNİYYƏT


Əsl insan haqqında robotların nağılları

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 24-də YARAT Müasir İncəsənət Məkanında 8 yaşından yuxarı uşaqlar üçün nağıl tamaşa nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, “Əsl insan haqqında robotların nağılları” adlı tamaşa yazıçı-fantast Stanislav Lemin əsərlərinin motivləri əsasında hazırlanıb.

Tamaşanın müəllifləri- Mariya Litvinova və Slava İqnatovdur. Bu nağıllarda, bəşər övladı insan, qalaktikalararası məkanda öz əfsanəvi planetlərində yaşayan, son dərəcə gözəl və mükəmməl robotlar irqinə qarşı qoyulan, əcaib və təhlükəli bir varlıq kimi təsəvvür olunur.

Kuklalar, dekorasiyalar və kostyumların bədii həlli stimpank üslubunda hazırlanıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.