İQTİSADİYYAT
Aşqabadda Beynəlxalq Enerji Xartiyasının forumu keçiriləcək
Bakı, 27 may, AZƏRTAC
Türkmənistanın 2017-ci ildə Enerji Xartiyası Konfransına sədrliyi ilə mayın 30-31-də Aşqabadda Beynəlxalq Enerji Xartiyasının Aşqabad forumu keçiriləcək.
AZƏRTAC xəbər verir ki, “Enerji resurslarının tranziti üzrə çoxtərəfli çərçivə sazişinə doğru” mövzusunda keçiriləcək forumun məqsədi qlobal enerji təhlükəsizliyində və dayanıqlı inkişafda tranzitin rolu barədə məzmunlu diskussiyaları stimullaşdırmaqdır.
Forumun işində enerji resurslarının, o cümlədən təbii qaz, neft və elektrik enerjisi tranzitinin praktiki, hüquqi və tənzimləyici aspektlərini müzakirə etmək üçün dövlət vəzifəli şəxslər, beynəlxalq təşkilatların, sənaye sektorunun və elmi müəssisələrin nümayəndələri iştirak edəcəklər.
Mayın 31-də kütləvi informasiya vasitələrinin iştirakı ilə beynəlxalq energetika media-forumu keçiriləcək.